01 October 2026

Azərbaycanın qızlardan ibarət U-17 millisi Kosovoya uduzub

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki növbəti oyununda Kosovo ilə üz-üzə gəlib.

B Liqasının B1 qrupunun matçı rəqibin 8:3 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, Azərbaycanın U-17 millisi növbəti matçını oktyabrın 4-də Albaniyaya qarşı keçirəcək. Milli ilk görüşündə İrlandiyaya 0:16 hesabı ilə uduzub.

Müsəlman Alimlər Birliyindən təcili çağırış... Əl-Əqsa Məscidi üçün "Qəzəb Cüməsi" qərarı

“Al-Ittihad” saytının məlumatına görə, Müsəlman Alimlər Birliyi Əl-Əqsa Məscidinin həm zaman, həm də məkan baxımından bölünməsi və "Yəhudi Məbədi"nə çevrilməsi istiqamətindəki cəhdlərə qarşı çıxan yazılı bəyanat yayıb. İşğalçı məskunlaşanların qondarma yəhudi bayramları dövründə – xüsusilə də Sukkot bayramı bəhanəsi ilə – Əl-Əqsa Məscidinə qarşı pozuntuları davam etdirdiyini qeyd edən Birlik, bütün İslam dünyasını bu artan təhlükəyə qarşı səfərbər olmağa çağırıb.

Hörmüzdə üç gəmi vuruldu

Hörmüz boğazından keçən Liberiya bayrağı altında üzən üç neft tankeri naməlum mərmilərlə vurulub.

Bu barədə “Reuters” məlumat yayıb.

Söhbət “Al Ruwais”, “Mersin Prosperity” və “Sinbad” tankerlərindən gedir. Gəmilər boğazdan keçərkən aşkarlanmaqdan yayınmaq üçün AIS transponderlərini söndürüb.

Tale Bağırzadə Əvəz Zeynallının vəfatı ilə bağlı başsağlığı ünvanladı

Azərbaycan xalqı Əvəz Zeynallının simasında daha bir dəyərli, ədalət uğrunda mübarizə aparan vətən oğlunu itirdi. O, cəmiyyəti yaxşı tanıyan, baş verən hadisələri rasional şəkildə təhlil edən azsaylı şəxslərdən biri idi.
Dəfələrlə həbs olunması və müxtəlif vaxtlarda təzyiqlərlə üzləşməsi də məhz onun baş verən prosesləri dəqiq analiz etməsi ilə bağlı idi.
Biz Əvəz Zeynallının xatirəsini əziz tutur, Allahdan ona rəhmət, ailəsinə isə səbir və dözüm diləyirik.

Moskvada alternativ “Putin yolu” müzakirələri

Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları uğrunda geosiyasi rəqabət yeni mərhələyə keçir. Moskva–Tiflis–İrəvan arasında Abxaziya üzərindən nəqliyyat əlaqəsinin bərpasını nəzərdə tutan “Putin yolu” təşəbbüsü yenidən gündəmə gətirilib. Layihə Rusiyanın regionda nəqliyyat və logistika imkanlarını genişləndirmək cəhdi kimi qiymətləndirilir.

MBH üzvü Ələkbər Sadıqov azadlığa buraxılıb

Bu səhər Müsəlman Birliyi Hərəkatının üzvlərindən biri – Ələkbər Sadıqov azadlığa çıxıb. 17 saylı cəzaçəkmə müəssisəsindən buraxılan Sadıqov Ələkbər İsrafil oğlu həbs müddətini başa vuraraq azadlığa qovuşub.

Sadıqov Ələkbər İsrafil oğlu 2023-cü il aprelin 1-də saxlanılmışdı. İnanclıların kütləvi həbslərinin həyata keçirildiyi bir vaxtda Ə. Sadıqov da narkotiklərlə bağlı ittiham edilmişdi.

Argentina millisindən darmadağın

Argentina millisi yoldaşlıq görüşündə Boliviya ilə qarşılaşıb.

Kordovadakı “Mario Alberto Kempes” stadionunda keçirilən oyun argentinalıların böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0.

Qolları Lautaro Martines (19), Niko Pas (29), Kristian Romero (53) və Xese Lopes (83) vurub.

Bu, Argentina millisinin DÇ-2026-nın finalında İspaniyaya uduzduqları oyundan (0:1) sonrakı ilk qarşılaşmasıdır.

İraq Hizbullahı: İşğala qalib gələn tərəf şərtləri diktə etmək hüququna malikdir

İraq Hizbullahı Təşkilatının Baş katibi Əbu Hüseyn əl-Həmidavi çərşənbə günü verdiyi bəyanatda ABŞ işğalına qarşı qələbə qazanan tərəfin müqavimət qüvvələri olduğunu bildirib.

O, qalib tərəf kimi şərtləri diktə etmək hüququnun müqavimətə məxsus olduğunu vurğulayaraq, İslami müqavimət ilə dövlət qurumlarının birgə fəaliyyət göstərməsini müsbət qiymətləndirib.

Yəmənə qarşı “təkfirçi” səfərbərlik

"Ənsarullah" hərəkatı Səudiyyə Ərəbistanı, ABŞ və İsrailə itaəti rədd edərək Yəməndə azad idarəçilik qurmaq məqsədilə irəlilədikcə və Fələstini dəstəkləyən bir cəbhə kimi ortaya çıxdıqca, müxtəlif millətlərdən olan “üləma” (dini alimlər) verilən bir işarə ilə öz "silahlarını" ələ alıblar: bu, “təkfirçi” səfərbərlik olub.

Beynəlxalq təşkilat Azərbaycan hakimiyyətini Aytac Tapdığa tibbi yardım göstərməyə çağırıb

“Raoul Wallenberg Centre for Human Rights” (RWCHR) həbsdə olan “Meydan TV” jurnalisti Aytac Tapdığın səhhəti ilə bağlı bəyanat yayıb. Təşkilat Azərbaycan hakimiyyətini jurnalistin ehtiyac duyduğu ixtisaslaşmış tibbi müayinə və müalicəyə çıxışını təmin etməyə, həmçinin onu qeyd-şərtsiz azad etməyə çağırıb.

Suriyada mikroavtobusa silahlı hücum: 7 nəfər ölüb, 4 nəfər yaralanıb

Suriyanın qərbində, Homs vilayətinin ərazisində sərnişin daşıyan mikroavtobusa naməlum şəxslər tərəfindən silahlı hücum edilib.

Bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar vilayətdəki xəstəxanalara çatdırılıb.

Özləri də xəstə olan ailə üzvlərimdən mənə dərman alıb gətirmələrini necə istəyim?

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Toplum TV işi” üzrə həbsdə olan əməkdaşı Ramil Babayev saxlanıldığı Umbakı Penitensiar Müəssisəsində təqsirləndirilən şəxslərdən birinin səhhətindəki problemlər barədə yazıb.

Ramil Bayayevin yazısını olduğu kimi təqdim edirik.