İraq Hizbullahı Təşkilatının Baş katibi Əbu Hüseyn əl-Həmidavi çərşənbə günü verdiyi bəyanatda ABŞ işğalına qarşı qələbə qazanan tərəfin müqavimət qüvvələri olduğunu bildirib.
O, qalib tərəf kimi şərtləri diktə etmək hüququnun müqavimətə məxsus olduğunu vurğulayaraq, İslami müqavimət ilə dövlət qurumlarının birgə fəaliyyət göstərməsini müsbət qiymətləndirib.
Əl-Həmidavi bəyanatında qeyd edib: “Müqavimət ABŞ işğalına qarşı qələbə qazandı və qalib gələn tərəf öz şərtlərini düşmənə diktə edən tərəfdir. İraqdakı İslami müqavimət ilə rəsmi hökumət qurumlarının yanaşı mövcudluğunu müsbət hal kimi görürəm, bu məsələdə həssaslıq göstərməyə ehtiyac yoxdur”.
Əbu Hüseyn əl-Həmidavi bu bəyanatı İraq Baş naziri Əli Zeydi ilə ölkədəki müqavimət qruplarının silahları mövzusunda keçirilən məsləhətləşmələr çərçivəsində gəldiyi görüşdən sonra verib.
Xatırladaq ki, İraq Baş naziri bundan əvvəl İraq xalqının “illərlə sürən səbrin bədəlini ağır ödədiyini və ölkədəki silahların sayının artmasının İraqı başqaları üçün döyüş meydanına çevirdiyini” bildirmişdi. Zeydi keçən ilin sentyabrında “New York Times” qəzetinə verdiyi müsahibədə silahların toplanması prosesinin 90 günlük atəşkəs dövrü ilə başlayacağını diqqətə çatdırmışdı. Bu plana əsasən, silahlı qruplar 90 gün ərzində heç bir hücum həyata keçirməməli, ABŞ isə onlara qarşı hər hansı zərbə endirməyəcəyinə zəmanət verməlidir. Həmin müddətdən sonra qrupların silahları təhvil verməsi prosesi başlayacaq və silahsızlaşdırma 30 iyun 2027-ci ilə qədər yekunlaşmalıdır.
Lakin İraqdakı İslami Müqavimətin mətbuat katibi Cəfər əl-Hüseyni də çərşənbə günü oxşar bəyanatla çıxış edərək, qruplaşmanın “heç bir hökumət və ya siyasi partiya tərəfindən irəli sürülən cədvəl və ya razılaşmaya bağlı olmadığını” vurğulayıb. Əl-Hüseyni “Silahlarımız Allahın əlində bir əmanət olaraq qalacaq” deyə əlavə edib.
İraq Hizbullahı: İşğala qalib gələn tərəf şərtləri diktə etmək hüququna malikdir