Yəmənə qarşı “təkfirçi” səfərbərlik

"Ənsarullah" hərəkatı Səudiyyə Ərəbistanı, ABŞ və İsrailə itaəti rədd edərək Yəməndə azad idarəçilik qurmaq məqsədilə irəlilədikcə və Fələstini dəstəkləyən bir cəbhə kimi ortaya çıxdıqca, müxtəlif millətlərdən olan “üləma” (dini alimlər) verilən bir işarə ilə öz "silahlarını" ələ alıblar: bu, “təkfirçi” səfərbərlik olub.

Səudiyyə Ərəbistanının Baş Müftisi Şeyx Saleh əl-Fovzan tərəfindən 25 sentyabrda verilən və yəmənlilərə qarşı müharibəni dini öhdəlik kimi müəyyən edən “fətva” bütün dünyada geniş reaksiyaya səbəb olub.

Səudiyyənin “fətvasından” sonra Pakistan Üləma Şurasının sədri və Baş nazirin dini həmrəylik və Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Hafiz Tahir Mahmud Əşrəfi Yəməndəki "Ənsarullah" hərəkatını İslam dairəsindən kənar elan edən bir “fətva” verib.

Reuters agentliyinin Vaşinqtonun Səudiyyənin birbaşa hücum təşkil etmək barədə xahişini rədd etdiyini bildirməsindən sonra verilən bu “fətva” daha geniş bir strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir. Beynəlxalq arenada istədiyi hərbi dəstəyi əldə edə bilməyən Ər-Riyad ictimai dəstəyi qazanmaq üçün teoloji mesajlara əl atır.

Yəməndə Səudiyyənin törətdiyi qırğınları legitimləşdirmək üçün “fətvadan” istifadə taktikası yeni deyil. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Səudiyyə Ərəbistanının keçmiş Baş Müftisi Əbdüləziz İbn Baz da Yəməndəki Zeydi icmasını hədəf alan bir “fətva” vermişdi. Diqqətçəkən məqam odur ki, Fələstində – xüsusilə də Qəzzada – ABŞ-ın dəstəyi ilə sionistlər tərəfindən törədilən vəhşi qırğınlar qarşısında dərin sükut saxlayanlar Yəmənə qarşı “təkfirçi” kampaniya təşkil ediblər. Türkiyə mediasında "husi əleyhdarı əhval-ruhiyyə"ni ön plana çıxaran "Cübbeli Ahmet Hoca", ABŞ və İsrailin dəstəklədiyi Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər rəhbərliklərinin Yəməndə qələbəsi üçün dua edərkən, bəddualarla dolu məşhur videosunda Yəməndəki Zeydi müsəlmanlarını hədəf alıb.

Yəməndəki "Ənsarullah" Hərəkatının böyük əksəriyyətini təşkil edən Zeydi müsəlmanları ilə bağlı məsələdə Cübbeli Ahmet, İhsan Şenocak, Nurettin Yıldız, Ebubekir Sıfil, Yusuf Kaplan və Halis Bayancuk kimi şəxslərin — və digərlərinin — eyni mövqedə birləşməsi diqqətçəkicidir.