16 September 2026

MBH üzvü Elçin Zeynalov azadlığa çıxıb

Daha bir Müsəlman Birliyi Hərəkatının üzvü azadlığa buraxılıb. Elçin Zeynalov bu gün saxlanıldığı Umbakı ciddi qapalı müəsisəsindən həbs müddətini bitirərək azadlığa çıxıb.

Zeynalov Elçin 2023-cü il martın 16-da saxlanılmışdı. İnanclıların kütləvi həbslərinin gerçəkləşdiyi ortamda E. Zeynalov da narkotiklərlə bağlı ittiham edilmişdi. Sumqayıt Ağır Cinayətlər məhkəməsi 2024-cü ilin 5 fevralında onu bu saxta ittihamla müqəssir bilərək 4 il müddətinə azadlıqdan məhrum etmişdi.

Amerikalılar İranla münaqişə fonunda 107 milyard dollar yanacaq alıblar

Amerikalılar İranla münaqişə zamanı yanacaq üçün 107 milyard dollar artıq pul ödəyiblər.

Bu barədə "The Wall Street Journal" qəzeti Braun Universitetinin hesablamalarına istinadən məlumat verir.

"ABŞ və İsrailin İrana ilk hücumu başlatdığı 28 fevraldan bəri orta hesabla əlavə xərclər gündə 500 milyon dollar olaraq qiymətləndirilir", - məqalə müəllifləri qeyd ediblər.

"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm"

"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm"

Azərbaycan prezidenti İlham Əliyev bu sözləri sentyabrın 15-də Bakıda türkdilli ölkələrdən olan din xadimlərini qəbul edərkən deyib.

Əliyev nümunə olaraq Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kailinin korrupsiya ittihamı ilə üzləşməsinə istinad edib.

İran TRIPP layihəsini təzyiq altında saxlamağa davam edir

Ermənistanın bütün cəhdlərinə baxmayaraq, İran "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsini özünə təhdid mənbəyi kimi görməkdə davam edir. İndi iş o yerə çatıb ki, TRIPP layihəsi səbəbindən ABŞ-İran savaşının növbəti meydançası Ermənistan ərazisi ola bilər. İrandan gələn müxtəlif xəbərdarlıqlar da bunu təsdiq edir.

Ənsarullahın qələbəsi Trampın İran strategiyasını dəyişdirə bilər

"National Interest" jurnalında dərc olunmuş analitik hesabata görə, Ənsarullahın Yəməndəki qələbəsi və enerji boru kəmərlərinə artan təzyiq Trampın İrana qarşı təzyiq strategiyasının məhdudiyyətlərini bir daha ortaya qoyub. Bu, neft qiymətlərinin kəskin şəkildə artmasına və ABŞ-ın və müttəfiqlərinin maraqlarını birbaşa təhdid edə bilər.

Vens: ABŞ Yaxın Şərq siyasətini İsrailə tabe edə bilməz

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens ölkəsinin Yaxın Şərq siyasətinin İsrailə tabe olmamalı olduğunu bildirib.

Vens bu barədə “All-In Podcast” tərəfindən təşkil olunan konfransda çıxışı zamanı deyib.

“Biz Yaxın Şərqdəki xarici siyasətimizin İsrail dövlətinə tabe olmasına imkan verə bilmərik”, – Vens bildirib.

Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var

Sentyabrın 15-də Prezident İlham Əliyev Ayaz Əsgərovu Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Prezidentin sərəncamında bunun səbəbi açıqlanmayıb.

Amma ölkənin yerli saytlarında elə sentyabrın 15-də bu ilin aprelində bu rayonun icra hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı məlumat yayılıb.

Azərbaycanda daha bir ziyarətgah olan məzarda vandallıq: Şeyxin məzarı açıldı

Şabranın Leyti kəndindəki qədim qəbiristanlıq vandalizmə məruz qalıb.

Kənd sakinlərinin bildirdiklərinə görə, məzarlardan birinin üstü naməlum şəxslər tərəfindən açılıb.

Açılan qəbir VII əsrdə bölgədə tanınan din xadimi Şeyx Şəmsəddinin uyuduğu məzardır. Yerli sakinlər tərəfindən ziyarətgah kimi qorunan bu məzarın üstünün açıldığını ərazidən keçən kənd sakinləri görüblər.

DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən “Süleyman camaatı”nın rəhbəri saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşlarının özünü “Süleyman camaatının Bakı məntəqəsi üzrə rəhbəri” kimi qələmə verən Mikayılov Səid Mehman oğlunun rəhbərliyi ilə Bakı şəhərində müxtəlif hazırlıq kursları, tələbə yataqxanaları və uşaq bağçaları adı altında fəaliyyət göstərməklə, faktiki olaraq “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmad