10 September 2026

Xocalı rayonunda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb

Xocalı rayonunun Daşkənd kəndində mina partlayışı nəticəsində xəsarət alan şəxs Bərdə Şəhər Diaqnostika Mərkəzinə təxliyə edilib.

Xəsarət alan şəxsə Xankəndi Şəhər Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdəyə köçürülüb.

Hazırda onun əməliyyat olunacağı gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

Avropada ən çox xam neft idxal edən ölkələr hansılardır?

Hörmüz boğazında yeni hücumlardan sonra Brent markalı xam neftin qiyməti 100 dolları keçdi. Eurostat məlumatları Avropada ən çox neft idxal edən və qiymət şoklarına ən çox həssas olan ölkələri göstərir.

Hörmüz boğazı ətrafında gəmilərə yeni hücumlardan sonra Brent markalı xam neftin qiyməti çərşənbə günü 100 dolları keçdi və cümə axşamı səhəri bu səviyyəni qorudu.

"Qalatasaray" məğlub oldu

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 1-ci turunun daha 6 qarşılaşması keçirilib.

Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Sportinq"lə qarşılaşıb və məğlub olub.

"Barselona" "Feyenoord"u, PSJ "Slovan"ı darmadağın edib. "Arsenal" "Napoli"yə, "Liverpul" "Atletiko"ya, "Ştutqart" isə "Vikinq"ə qalib gəlib.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 1-ci tur

9 sentyabr

Dini dəyərlər niyə hədəfə çevrilir? – Sosial şəbəkələrdə təhlükəli qarşıdurma 2-ci hissə

“İslam ərəblərin dinidir” demək niyə problemli kontekstə çevrilə bilər?

İslamın VII əsrdə Ərəbistan yarımadasında meydana çıxması tarixi faktdır. Amma bundan “İslam ərəblərin dinidir və müsəlmanlar yad bir mədəniyyətin daşıyıcılarıdır” kimi nəticə çıxarmaq artıq başqa məsələdir.

İran səfiri Vensin Azərbaycanla bağlı açıqlamasını “təxtibatçı cəhd” olaraq dəyərləndirib

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ABŞ vitse-prezidenti Ceyms Devid (C.D.) Vensin sentyabrın 3-də Azərbaycanın Vaşinqtonun İrana qarşı təzyiq səylərinə dəstək verdiyi barədə açıqlamasına reaksiya verib. Dəmirçilu Vensin sözlərini ABŞ və İsrailin Cənubi Qafqaz və Xəzər dənizi regionunda gərginlik yaratmaq cəhdlərinin göstəricisi kimi qiymətləndirib.