26 July 2026

Ukraynaya məxsus PUA-ların Donbasa zərbələri nəticəsində dörd mülki şəxs həlak olub

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) Donetsk vilayətinin Qorlovka şəhərinə hücumu nəticəsində dörd mülki şəxs həyatını itirib.

Bu barədə şəhərin meri İvan Prixodko "Max" sosial şəbəkəsində məlumat verib.

Məlumata görə, hadisə şəhərin Nikitovski rayonunda baş verib. Prixodkonun sözlərinə görə, hücum nəticəsində dörd mülki sakin həlak olub. O, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.

İran: Bu ay ABŞ-ın 200+ hərbçisi öldürülüb

ABŞ öz itkilərini gizlədir. Bu barədə İran İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah) rəsmisi general Hüseyn Mohebbi bəyan edib.

O bildirib ki, iyul ayı ərzində İslam Respublikasının həyata keçirdiyi “Nəsr 2” hərbi əməliyyatları nəticəsində 200-dən çox amerikalı hərbçi ölüb, yaralıların sayı isə ölənlərdən daha çoxdur.

Mohebbi əlavə edib ki, ABŞ-ın öz hərbi itkiləri ilə bağlı açıqlamaları tam şəkildə yalandır.

Türkiyə İsraili qınayaraq Beynəlxalq Birliyə çağırış edib

Türkiyə İsrailin işğal olunmuş Fələstin ərazilərində artan qanunsuz məskunlaşma terrorunu qınayıb. Bəyanatda beynəlxalq birliyə çağırış da yer alır.

Türkiyə Fələstin ərazilərində terrorçu İsrail rejiminin qanunsuz məskunlaşma terroruna reaksiya verib. Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı yazılı açıqlama verib.

Ermənistan güləşçiləri dünya çempionatında iştirak etmək üçün Bakıya gəlib

Ermənistanın 17 yaşadək sərbəst güləş üzrə milli komandası Bakıda keçiriləcək U-17 dünya çempionatında iştirak etmək üçün Azərbaycana gəlib.

Bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, komanda yarışın keçiriləcəyi məkana çataraq hazırlıqlara başlayıb. Yeniyetmələr arasında dünya çempionatı sabah Bakıda start götürəcək və müxtəlif ölkələrdən yüzlərlə idmançı mübarizə aparacaq.

İran ABŞ-nin Ərbildəki hərbi infrastrukturunun tamamilə məhv edildiyini açıqlayıb

İran ABŞ-nin İraqın Ərbil şəhərindəki hərbi infrastrukturunun tamamilə məhv edildiyini açıqlayıb.

Bu barədə İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya bildirib. O qeyd edib ki, hədəfə alınan Amerika bazalarının böyük hissəsi effektiv əməliyyat qabiliyyətini itirib:

"ABŞ-nin İraqın Ərbil şəhərindəki infrastrukturu, demək olar, tamamilə məhv edilib".

Gürcüstanda enerji böhranı: Bakı-Tbilisi qatarı da yolda qalıb

Ötən gün (25 iyul) səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib

Bildirilib ki, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.

Husilər cavab olaraq Səudiyyə Ərəbistanını vurdu

Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının Hudeydə bölgəsinə endirdiyi hava hücumlarına cavab olaraq ölkə ərazisini raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə aldıqlarını bildiriblər.

AP News xəbər verir ki, husilərin hərbi nümayəndəsi Yəhya Səri hücumların Qırmızı dəniz sahilində yerləşən Yanbu və Cizan şəhərlərindəki, Saudi Aramco şirkətinə məxsus neft obyektlərinə yönəldiyini açıqlayıb.

İsrailin milli təhlükəsizlik nazirinin evinin yaxınlığına PUA düşüb

Şənbə axşamı pilotsuz uçuş aparatı İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin evinin yaxınlığında, İordan çayının qərb sahilindəki Kiryat Arba qəsəbəsinin Givat HaAvot məhəlləsində yerə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bu barədə mənbələrə istinadən “Ynet” portalı məlumat yayıb.

İsrail ordusu PUA-nı hadisə yerindən götürüb. İlkin araşdırmaya əsasən, aparatın üzərində partlayıcı maddə olmayıb və onun mənşəyi ilə bağlı araşdırma aparılır.

Tale Bağırzadəyə qarşı təzyiqlər davam edir

İlahiyyatçı Tale Bağırzadəyə qarşı təzyiqlər bu dəfə onun cəza çəkdiyi Umbakı həbsxanasında özünü göstərib. Belə ki, rəsmi qaydada görüş günü kimi müəyyən edilmiş 25 iyul tarixində ailənin əvvəlcədən müəssisə rəhbərliyi ilə razılaşdırdığı görüşə həbsxana rəhbərliyi son anda, heç bir səbəb göstərmədən maneə yaradıb və ailəni görüşə buraxmayıb.