20 July 2026

İraq Müqaviməti müharibəyə qoşula biləcəyi ilə bağlı ABŞ-a xəbərdarlıq etdi

İraqdakı İslam Müqaviməti yaydığı bəyanatda son günlər ölkədə və regionda yerləşən ABŞ hərbi bazaları və maraqlarına qarşı heç bir hərbi əməliyyat həyata keçirmədiyini açıqlayıb.

Bəyanatda qeyd olunub ki, təşkilatın adı ilə yayılan bəzi məlumatlar həqiqəti əks etdirmir.

İraqdakı İslam Müqaviməti bildirib ki, ABŞ İrana qarşı hərbi əməliyyatlarını genişləndirəcəyi halda, təşkilat birbaşa müharibəyə qoşulacaq.

HƏMAS-ın yeni lideri seçilib

HƏMAS hərəkatı Xəlil əl-Həyyanın təşkilatın yeni ümumi lideri seçildiyini rəsmən açıqlayıb.

Bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, bu təyinat İsrailin HƏMAS-ın yüksək səviyyəli liderləri İsmayıl Haniyə və Yəhya Sinvarı öldürəndən sonra boşalan rəhbər vəzifələrin doldurulması məqsədilə başladılan keçid prosesini tamamlayır.

Yaxın Şərqdəki gərginlik neft qiymətlərini yenidən yüksəldib

Beynəlxalq fyuçers bazarlarında Brent markalı xam neftin qiyməti 90,48 dollardan satılır.

Cümə günü 88,38 dollara yüksəldikdən sonra Brent markalı xam neftin qiyməti günü 88,1 dollardan bağlayıb. Bu gün saat 09:05-ə olan məlumata görə, qiymət təxminən 2,7% artaraq 90,48 dollara çatıb.

Eyni zamanda, Qərbi Texas Intermediate (WTI) markalı xam neftin qiyməti 83,70 dollardan satılır.

Müdafiəçiləri: "Əli Kərimlinin vəsatətləri müsadirə olunur, sovqat qəbuluna imkan verilmir"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi siyasətçiyə qarşı qanunsuzluqların davam etdiyini bildirib.

Komitə yaydığı bəyanatda qeyd edir ki, Ə.Kərimlinin saxlanma şəraiti ilə bağlı daha əvvəl "qəsdən yaradılmış çətinliklərə yeni məhdudiyyətlər əlavə olunub.".

Cəza Çəkmə Müəssisəsindən inanclılar prezidentə müraciət ünvanlayıb

17 saylı Cəza Çəkmə Müəssisəsində cəza çəkən inanclılar prezidentə müraciəti ünvanlayıb. Müraciətdə onlar məruz qaldıqları ayrı-seçkilik, hüquqlarının pozulması, inanclarına görə ayrı-seçkiliyə məruz qalmaları əks olunub. Onlar məsələ ilə bağlı Prezidentdən yardım istəyiblər.

“Ursula fon der Leyenin Bakıya səfərindən sonra həbsxanalarda siyasi məhbuslara qarşı basqılar artıb”

“Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Bakıya səfərindən sonra həbsxanalarda siyasi məhbuslara qarşı basqılar artıb”.

Bu barədə Qəzetçi-yə siyasi məhbus Bəxtiyar Hacıyev yaxınları vasitəsilə məlumat verib. 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan fəal Avropa Komissiyasının rəhbərinin iyulun 1-də Bakıya səfərindən əvvəl ona müraciət edərək İlham Əliyevlə görüşdə siyasi məhbus məsələsini qaldırmasını xahiş edib.

Fransanın ən böyük məscidinin 100 yaşı tamam oldu

15 iyulda Paris şəhərinin Cümə Məscidinin 100 yaşı tamam olub.

Fransa paytaxtıın Latın kvartalında yerləşən bu məscidin – Böyük Paris məscidin yüzilliyi münasibətilə keçirilən tədbir zamanı onun həyətində zeytun ağacı əkilib.

Qeyd edək ki, sözügedən müsəlman ibadətgahı 1926-cı il 15 iyulda istidadəyə verilib.

1983-cü ildən isə adıçəkilən msəcid Fransanın tarixi abidəsi elan edilib.

Bu gün xanım Rüqəyyənin (s.ə) şəhadət günüdür

Həzrət Rüqəyyə (s.ə) İmam Hüseynin (ə) qızı və Kərbəla hadisəsinin azyaşlı şahidlərindən biri hesab edilir. Tarixi mənbələrdə onun adı, yaşı və anası haqqında fərqli məlumatlar mövcuddur.

Bəzi araşdırmalara görə, onun əsl adı Fatimə olub. Bu yanaşmanı müdafiə edən müəlliflər İmam Hüseynin (ə) qızlarına Fatimə adını vermə ənənəsinə diqqət çəkirlər. Həzrət Rüqəyyənin (s.ə) anasının isə Təlhə ibn Abdullah Teyminin qızı Ümmü İshaq olduğu bildirilir.

KİV: ABŞ İranla tammiqyaslı müharibəyə hazırlaşır

ABŞ İraqda amerikalı hərbçinin həlak olması barədə məlumatlardan sonra İranla tammiqyaslı müharibəyə başlamağa hazırlaşır.

Bu barədə "The Washington Post" nəşri məlumatlı mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, İraqda ABŞ hərbçisinin ölümü Vaşinqtonda hərbi əməliyyatların genişləndirilməsi ilə bağlı müzakirələri sürətləndirib. Mənbələrin iddiasına əsasən, administrasiya İrana qarşı daha genişmiqyaslı hərbi əməliyyat ssenarilərini nəzərdən keçirir.