Ənsarullah liderinin çağırışından sonra Yəməndəki qəbilələr səfərbərlik elan etdilər
Yəməndəki Ənsarullah Hərəkatının lideri Əbdül Malik Bədrəddin əl-Husinin çağırışından sonra ölkə daxilində qəbilələr hərbi və iqtisadi sanksiyalara qarşı ümumi səfərbərlik elan etdilər.
Yəmənin rəsmi xəbər agentliyi SABA-nın məlumatına görə, ölkənin müxtəlif əyalətlərində, rayonlarında və kəndlərində keçirilən geniş iştiraklı qəbilə şurasının iclaslarında hərbi gərginliyə qarşı mübarizə aparmaq qərarı verildi.













