30 June 2026

ABŞ hərbi üstünlüyünə baxmayaraq niyə strateji qələbə qazana bilmədi?

40 günlük müharibə bir daha hərbi üstünlüyün həmişə strateji üstünlüyə bərabər olmadığını ortaya qoydu.

Meydandakı nəticələrlə bağlı fərqli şərhlərə baxmayaraq, İrana qarşı 40 günlük müharibə beynəlxalq münasibətlər üzrə mütəxəssislərə vacib bir həqiqəti göstərdi: ABŞ-ın taktiki qabiliyyəti ilə strateji məqsədlərə çatmaq qabiliyyəti arasındakı dərin uçurum.

İstanbulda NATO Parlament Zirvə toplantısına etiraz zamanı 40 nəfər saxlanılıb

İstanbulda keçirilən NATO Parlament Zirvə toplantısı müxtəlif siyasi qrupların etirazlarına səhnə olub. Dolmabahçe ətrafında İnqilabçı Gənclər Dərnəkləri üzvləri tərəfindən təşkil edilən etiraz aksiyası zamanı təxminən 40 nəfərin saxlanıldığı bildirilir.

İnqilabçı Gənclər Dərnəklərinin üzvləri İstanbulda keçirilən NATO Parlament Zirvəsinə etiraz etmək üçün Dolmabahçe ətrafında toplaşıblar. Etirazçılar "NATO zənciri qırılacaq" yazılı plakatlar daşıyaraq yürüş ediblər.

"Toplum TV işi"ndə vəkil: "Hökmün ədalətli olacağına ümid bəsləmək ifrat sadəlövlük olardı"

İyunun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə müdafiə nitqlərinə start verilib. İlk olaraq təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanovun vəkili Fuad Ağayev çıxış edib. 

F.Ağayev çıxışının əvvəlində bildirib ki, məhkəmənin ədalətli hökm verəcəyindən şübhə edir. 

Niderland dünya çempionatlarında ardıcıl 3-cü dəfə penaltilər seriyasında uduzub

Niderland millisi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Mərakeş yığmasına penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.

Meksikanın Qvadalupe şəhərində keçirilən görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Mərakeş 3:2 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.

AXCP İmişli rayon şöbəsinin fəalı Vüqar Qədirli azadlıqdan məhrum edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli rayon şöbəsinin fəalı Vüqar Qədirli 2 il müddətinə azadlıqdan məhrum edilib.

Partiyanın yaydığı məlumata görə, Qarabağ müharibəsi iştirakçısı olan V.Qədirli barəsində qərar iyunun 30-da İmişli Rayon Məhkəməsi tərəfindən çıxarılıb.

Vüqar Qədirli ötən il dekabrın 12-də saxlanılıb və İmişli rayonunda işlədiyi kafedə, sonra isə evində polis və mülki geyimli şəxslər tərəfindən axtarış aparılıb.

Paşinyandan İsrailin qərarına gözlənilməz reaksiya: "Bu, bizim marağımıza deyil"

"Bu məsələnin bir silah kimi istifadə edilməsi prosesinə daxil olmamağın Ermənistanın maraqlarına uyğun olduğuna inanırıq".

Ermənistanın Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi partiyasının iclasından sonra İsrail hökumətinin qəbul etdiyi qərarla bağlı sualı cavablandırarkən belə deyib.

İranın Doha səfəri ilə bağlı açıqlama yaydı: ABŞ ilə görüş gündəmdə deyil

Tehran, Anlaşma Memorandumunun icrasını müzakirə etmək üçün nümayəndə heyətinin Dohaya gedəcəyini təsdiqlədi. Vaşinqtondan danışıqların vaxtı və xarakteri ilə bağlı ziddiyyətli mesajlar gəlməkdədir. Bazar ertəsi axşamı verlən açıqlamada İran bildirib ki, ekspert heyəti bu ayın əvvəlində ABŞ ilə imzalanmış Anlaşma Memorandumunun icrasını müzakirə etmək üçün "bu həftə" Dohaya gedəcək. Lakin Tehran səfərin Vaşinqtonla danışıqlar demək olmayacağını vurğulayıb.

Ukraynanın Rusiyaya intensiv hücumları ölkədə yanacaq problemlərini artırıb

Rusiya prezidenti Vladimir Putin Ukraynanın ölkəsinin neft emalı zavodlarına hücumlarının "problemlər yaratdığını" etiraf edib.

O, bunu iyunun 28-də Rusiya dövlət televiziyasına müsahibəsində deyib.

Putin hücumlardan sonra Rusiyada "müəyyən səviyyədə yanacaq çatışmazlığının olduğunu" deyib, lakin əlavə edib ki, bu, "kritik həddə deyil".

200 min uşaq Quran öyrənəcək

İordaniyada məktəblilər yay tətilindən maksimum faydalanaraq Qurani-Kərimi əzbərləyə və İslam dəyərlərini öyrənə bilərlər.

Ölkədə oğlanlar, həm də qızlar üçün ödənişsiz yay Quran tədris mərkəzlərini fəaliyyətə başlayıb.

“Müqəddəs Quran yalnız əzbərləmək və oxumaqla məhdudlaşmır, o, həm də yer üzünü abadlaşdıran və onu qoruyan saleh insanların yetişdirilməsinə çağırır”, – deyə proqram çərçivəsində qeyd edilib.

DÇ-2026: Paraqvay 1/8 finala yüksəlib

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçirilib. Pley-off mərhələsində Almaniya və Paraqvay milliləri üz-üzə gəlib. Görüş Bakı vaxtı ilə saat 00:30-da başlayıb.

Oyuna almanlar daha fəal başlasalar da hesabı Paraqvay millisi açıb. 42-ci dəqiqədə Xulio Ensiso başla dəqiq oynayıb: 1:0. İlk hissədə qapılara başqa qol vurulmayıb.

Fələstin “erməni soyqırımı”nı tanıyıbmı?

- Fələstin və İsrail arasında hərbi vəziyyətin oktyabrın 7-dən gərginləşməsindən sonra Fələstin-Ermənistan münasibətləri mövzusu sosial şəbəkələrdə yenidən aktuallaşıb. Məsələn, 94 mindən çox izləyicisi olan “qloball_xeber” adlı instagram hesabında paylaşılan məlumata görə, Fələstinin keçmiş lideri Yasir Ərəfat “Erməni xalqı Qarabağda haqq savaşı aparır. Onlar da bizim kimi əzilmiş xalqdır. Ona görə də biz bu savaşda erməni xalqının yanındayıq” deyib.