30 May 2026

Almaniya İsrailin Qəzzada nəzarət zonasını genişləndirmək planlarından narahatlığını ifadə edib

Almaniya İsrailin Qəzza zolağının ərazisi üzərində nəzarəti genişləndirmək planlarından narahatlığını ifadə edib.

Bu barədə "Ynet" portalı Almaniya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinə istinadən məlumat yayıb.

Portal bildirib ki, Almaniya XİN bu şəkildə İsrailin Baş naziri Benyamin Netanyahunun son bəyanatına cavab verib. Həmin bəyanatda Netanyahu İsrailin Qəzzanın ərazisinin 60 %-ni nəzarət altında saxladığını söyləyib.

KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır

İranın dəniz blokadası davam edir, gəmilər hələ də ABŞ Mərkəzi Komandanlığı tərəfindən dayanma xəbərdarlığı alır.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata əsasən, iranlı dənizçilər blokadanın hələ də qüvvədə olduğunu və gəmilərin CENTCOM tərəfindən dayanma və keçidə icazə verilməməsi ilə bağlı xəbərdarlıq aldığını bildiriblər.

KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb

İranın “Fateh-110” ballistik raketi ilə Küveytdəki "Əli Əl-Səlim" aviabazasına hücumu nəticəsində ABŞ-a məxsus 5 hərbiçi, və “MQ-9 Reaper” pilotsuz uçuş aparatları zədələnib.

Bu barədə “Bloomberg“ agentliyi hadisə barədə birbaşa məlumatlı mənbəyə istinadən xəbər yayıb.

HƏMAS: Qəzzanı idarə etmək üçün milli komitənin girişi əngəllənir

HƏMAS Siyasi Bürosunun üzvü Hüsəm Bədran bildirib ki, sionist işğalı Qəzzanın idarə olunmasını ələ keçirməyi planlaşdıran texnokratik komitənin girişinə mane olur.

Bədran bildirib ki, HƏMAS ötən müddət ərzində heç bir danışıqlar raundunu boykot etməyib və Qəzzada nəzarətin yeni hökumətə ötürülməsi ilə bağlı mümkün danışıqlarla bağlı Fələstin qrupları ilə məsləhətləşmələr aparılacaq.

Zəvvarlar Kəbə ilə vidalaşmağa hazırlaşırlar!

Hacc ziyarətini başa vuran 1,7 milyon müsəlman müqəddəs torpaqlarda vida təvafı edərək ibadətlərini başa vurdular.

Dünyanın müxtəlif ölkələrindən Hacc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpaqlara gələn müsəlmanlar Haccın bütün tələblərini yerinə yetirməyin sevinci ilə müqəddəs torpaqlarla vidalaşmağa hazırlaşırlar.

Bu il 1,7 milyon müsəlman Hacc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpaqlara gəldi.

Bəqayi: İran və ABŞ arasında mesaj mübadiləsi davam edir, lakin yekun razılaşma olmayıb

İranın Xarici İşlər Nazirliyinin sözçüsü “İran vaxtı” proqramında İran - ABŞ danışıqlarının son vəziyyəti ilə bağlı sualı cavablandırıb. O, məsələ ilə bağlı bildirib ki, “Mesaj mübadiləsi davam edir, lakin hələ yekun razılaşma əldə olunmayıb

Biz "mütləq olmalıdır" dilinə 47 il əvvəl vida etmişik. Qərb tərəfindən heç kim İran İslam Respublikası haqqında danışarkən "olmalıdır" dili ilə danışa bilməz. Biz İran xalqının maraq və hüquqlarına əsaslanaraq öz qərarlarımızı veririk. Bu, əsas prinsipdir.

Özgür Özel və Əkrəm İmamoğlu Silivridə 3 saatlıq görüşdülər

Ana müxalifət partiyasında sular durulmur. Özgür Özelin Silivriyə səfəri və Əkrəm İmamoğlu ilə üç saatlıq şəxsi görüşü Ankara siyasi səhnəsini qəfildən qızışdırdı. Kritik zirvədən dərhal sonra hər iki tərəfdən gələn şokedici Qurban Bayramı təbrikləri diqqəti bu həftə sonu paytaxtda gözlənilən fəaliyyətə yönəltdi.

Minifutbol üzrə Azərbaycan millisi pley-offa yüksəldi

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında bu gün ikinci oyununu keçirib.

F qrupunda yer alan yığma İtaliya ilə qarşılaşıb.

Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardıcıl ikinci matçda da qalib gələn Azərbaycan millisi pley-offa yüksəlib. Yığma mayın 30-da qrupun son oyununda Fransa ilə üz-üzə gələcək.