Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb
Mayın 7-nə keçən gecə Rusiyanın müxtəlif regionlarına pilotsuz uçuş aparatları ilə kütləvi hücumlar həyata keçirilib.
“Interfax”ın məlumatına görə, hücumların ən çox Bryansk vilayətində qeydə alındığı bildirilir.
Vilayətin qubernatoru Aleksandr Boqomaz bildirib ki, Bryanskın Bejitski rayonuna endirilən zərbə nəticəsində 13 nəfər, o cümlədən bir uşaq yaralanıb.













