06 May 2026

Avropa Parlamenti Azərbaycanla bağlı bəyanat yaydı

Avropa Parlamentinin bir qrup deputatı Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını tənqid edən birgə bəyanat yayıb. Bəyanatı David McAllister, Sergey Lagodinsky, Nils Ušakovs və Dan Barna imzalayıb.

Deputatlar bildiriblər ki, Azərbaycanın qərarı açıq dialoq və konstruktiv əməkdaşlıq prinsipinə uyğun deyil.

2026-cı ilin əvvəlindən etibarən qeyri-döyüş şəraitində 17 hərbi qulluqçu həyatını itirib

2026-cı ilin əvvəlindən etibarən Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda azı 17 hərbi qulluqçu həyatını itirib. Bu ölümlər qeyri-döyüş itkiləri kimi qeydə alınıb.
Məlumatı “Abzas Media”ya Xəzər Hərbi Tədqiqatlar İnstitutu (XHTİ) təqdim edib.

İsrailin Qəzzaya hücumu nəticəsində ölən və yaralananlar var

İsrailin Qəzza sektoruna həyata keçirdiyi hücumlar nəticəsində azı iki nəfər şəhid olub. Şəhid olanlar arasında bir uşağın da olduğu bildirilir.

Hadisə nəticəsində bir neçə nəfər yaralanıb və bölgədə vəziyyət gərgin olaraq qalır.

Məlumata görə, Qəzza şəhərinin cənub-şərqində yerləşən ərazidə baş verən bombardman nəticəsində bir nəfər şəhid olub.

BƏƏ OPEC və OPEC+dan sonra Ərəb neft ixrac edən ölkələr təşkilatından da çıxdığını rəsmən elan edib

Birləşmiş Ərəb Əmirlikləri OAPEC – Ərəb Neft İxrac Edən Ölkələr Təşkilatından çıxdığını rəsmən elan edib. Bu qərar ölkənin daha əvvəl OPEC və OPEC+ alyansından ayrılmasından sonra gəlib.

Məlumata görə, BƏƏ bu addımı neft hasilatını artırmaq və enerji siyasətində daha sərbəst qərarlar qəbul etmək məqsədilə atıb.

“OAPEC” üzv ölkələrin istehsal siyasətini birbaşa müəyyən etməsə də, regional əməkdaşlıq platforması kimi fəaliyyət göstərirdi.

Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

Aprelin 30-da yerli mediada Milli Onkologiya Mərkəzinin Radiologiya şöbəsində partlayış baş verməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, mərkəzdə onkoloji xəstə kimi qeydiyyatda olan Mübariz Əliyev əl qumbarasını partladıb, nəticədə özü həlak olub, həkim Asif Nəsirov isə xəsarət alıb.

Məsələ uzanır, təhsildən məhrum olan qız uşaqlarının isə sayı artır

 Hicaba süni qadağaya cavab bütün dövlət idarələrində eynidir: “Məsələ direktorun ixtiyarındadır” – valideynlər müraciətlərində eyni cavabı alır

Mart ayının əvvəllərindən müxtəlif məktəblərdə hicaba qoyulan süni qadağa səbəbindən təhsildən uzaqlaşdırılan şagirdlərin valideynləri Ombudsman Aparatına, Elm və Təhsil Nazirliyinə, Elm və Təhsil üzrə Dövlət Agentliyinə, Regional Təhsil İdarələrinə müraciət ediblər.

Cavab məktubları eyni məzmundadır: