İran Hörmüz boğazını yenidən bağladı
İran Silahlı Qüvvələri Hörmüz boğazına hərbi nəzarəti bərpa edib.
Bu barədə İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Hərbi Komandanlığının qərargah rəsmisi Ebrahim Zülfüqarinin bəyanatında deyilir.
İran Silahlı Qüvvələri Hörmüz boğazına hərbi nəzarəti bərpa edib.
Bu barədə İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Hərbi Komandanlığının qərargah rəsmisi Ebrahim Zülfüqarinin bəyanatında deyilir.
Azərbaycanla münasibətimiz çox yaxşıdır.
Bunu V Antalya Diplomatiya Forumunda iştirak edən İran İslam Respublikasının xarici işlər nazirinin müavini Səid Xətibzadə jurnalistlərə deyib.
Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında bürünc medal görüşünə çıxacaq.
81 kiloqram çəkidə çıxış edən idmançı yarımfinalda gürcüstanlı Tato Qriqalaşviliyə uduzaraq üçüncü yer uğrunda görüşə vəsiqə qazanıb.
Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kiloqram) və Ömər Rəcəbli (81 kiloqram) 1/8, Murad Fətiyev (90 kiloqram) isə 1/16 finalda uduzaraq turnirlə vidalaşıblar.
Marneuli Mərkəzi Hz. İmam Əli (ə.s) Məscidinin axundu, imamcümə Hacı Hacıyev Türkiyədə məktəbərə hücum, nəticəsində 8 şagird və bir müəllimin dünyasını dəyişməsi ilə bağlı Türkiyə Respublikasına baş sağlığı verib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyadakı əsas bazaların təhvil verilməsinin başa çatdığını elan etdi.
CENTCOM sözçüsü Tim Hokins bildirib ki, ABŞ qüvvələri Birləşmiş Birgə Tapşırıq Qüvvələrinin - Daxili Qətiyyət Əməliyyatının planlaşdırılmış və şərti keçid prosesinin bir hissəsi olaraq Suriyadakı bütün əsas bazaların təhvil verilməsini başa çatdırıb.
2026 il üçün Hacc kvotası tamamlanıb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Hacc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, 1150 nəfər Hacc ziyarətinə getmək üçün qeydiyyatdan keçib.
"Kvotanın tamamlanmasına baxmayaraq, müraciətlər davam edir. Amma yer bitib. Onlar yalnız gələn il müraciət edə bilərlər", - Vüsal Cahangiri bildirib.
Yəmənin paytaxtı Sənada keçirilən kütləvi etirazlar xalqın müqavimətə və müqəddəs dəyərlərə sadiqliyini nümayiş etdirdi. Etiraz iştirakçıları “Meydanlarımız birdir… Fələstinlə birgə zülmə qarşı və Livanı tək qoymayacağıq” şüarı ilə yürüşə çıxıblar.
Həmin yürüşdə iştirak edən milyonlarla vətəndaş, ilk növbədə, Məscidul-Əqsa və digər müqəddəs yerləri müdafiə edəcəklərini bir daha təsdiqləyiblər. Etirazçıların bəyanatında Fələstin, Livan və müqavimət cəbhələrinin bütün istiqamətlərində birlik mesajı verilib.
“İsraillə danışıqlar zəiflik və ya geri çəkilmə əlaməti deyil, Livanın hüquqlarından imtina da deyil”.
Bunu Livan prezidenti Cozef Aun ölkə vətəndaşlarına müraciəti zamanı deyib.
“Atəşkəs üzərində işləməkdən xalqımızın hüquqlarını, torpağımızı və millətimizin suverenliyini qoruyacaq daimi müqavilələr üzərində işləməyə keçidin yeni mərhələsi ilə üzləşirik", - dövlət başçısı əlavə edib.
Türkiyə Superliqasının XXX turunda “Fənərbağça” öz meydanında “Çaykur Rizəspor”u qəbul edib.
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 67-yə yüksəldən İstanbul klubu ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə 68 xalla "Qalatasaray" başçılıq edir.
Avropada mövcud aviasiya yanacağı ehtiyatları təxminən altı həftəyə kifayət edə bilər.
Bu barədə Beynəlxalq Enerji Agentliyindən bildirilib.
Qeyd edilib ki, əgər ABŞ və İsrail tərəfindən İrana qarşı başladılan müharibə və Hörmüz boğazının blokadası səbəbindən pozulan tədarüklər yaxın vaxtda bərpa olunmasa, aviaşirkətlər tezliklə reysləri ləğv etməyə başlaya bilər.
“İranın zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarılması ilə bağlı heç bir planı mövcud deyil”.
Bu sözləri Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
“İranın zənginləşdirilmiş nüvə materiallarının hansısa bir ölkəyə transferi gündəmdə deyil”, - Bəqai bildirib.
Bəqai əlavə edib ki, bu mövzu ilə bağlı yayılan xəbərlər spekulyativ xarakter daşıyır və rəsmi danışıqların mövzusu kimi təsdiqlənməyib.



