30 March 2026

İsrail hərbçisi öldürüldü

Livanda vəziyyət yenidən kəskinləşir, sərhəddə toqquşmalar intensiv xarakter alır.

Livanın cənubunda baş verən hücum zamanı İsrail ordusunun 19 yaşlı çavuşu Liran Ben Tsion həlak olub.

Məlumata görə, o, Holon şəhərindən idi və zirehli briqadanın 9-cu batalyonunda xidmət edirdi. Hücumun İsrail hərbçilərinin toplandığı nöqtəyə yönəldiyi bildirilir.

Millimiz "FIFA Series - 2026" turnirinin qalibi oldu

Futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində sonuncu oyununa çıxıb.

Komanda Syerra Leone yığması ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq olan Azərbaycan yığması (9:8) beynəlxalq turnirin qalibi olub.

Syerra Leone seçməsi isə ikinci yerlə kifayətlənib.

Azərbaycan xüsusi təyinatlısı saxta jurnalist vəsiqəsi ilə Ermənistan mövqelərinin arxasına keçib?

“X” platformasında fəaliyyət göstərən ingilis dilli “The Azeri Times” hesabı 2025-ci ilin oktyabrında video dərc edərək iddia edib ki, görüntülər 2020-ci il Qarabağ müharibəsi zamanı ermənicə səlis danışan Azərbaycan xüsusi təyinatlılarının saxta jurnalist vəsiqələri ilə Ermənistan mövqelərinin arxasına keçdiyini əks etdirir.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Avropa İttifaqında hüququn aliliyinə zərbə: 5 ölkə “sistemli şəkildə geriləmə”də ittiham olunur

Avropa İttifaqına üzv beş ölkənin hökumətlərinin hüququn aliliyini “ardıcıl və qəsdən” zəiflətdiyi müəyyən olunub. “The Guardian”ın məlumatına görə, bu barədə Avropanın aparıcı vətəndaş azadlıqları təşkilatlarından biri olan “Civil Liberties Union for Europe” (Liberties) xəbərdarlıq edib.

Təşkilatın 2026-cı il üzrə hesabatına görə, Bolqarıstan, Xorvatiya, Macarıstan, İtaliya və Slovakiya hökumətləri hüququn aliliyini aktiv şəkildə zəiflədən “dağıdıcılar” (dismantlers) kimi xarakterizə olunur.

İsrailin qalxanını bağlayın

Türkiyə Malatyada "Müqavimət Çadırı" qrupunun rəhbərliyi altında toplaşan vətəndaşlar etiraz etmək üçün Kürecik Radar Bazasına yürüş ediblər. Etirazda radar bazasının bağlanması və xarici hərbi elementlərin Türkiyədən çıxarılması tələbi vurğulanıb. İştirakçılar həmçinin hökumətə və xarici işlər naziri Hakan Fidana qarşı tənqidlər səsləndiriblər.

 

'Kürecik bağlansın! İsrail kor olsun'

Tramp "razılaşmanın yaxınlaşdığını" deyir, Tehran isə öz tələbində israrlıdır

Tehranda və ətraf ərazilərdə elektrik enerjisi qurğularına edilən hücumlardan və nəticədə elektrik kəsintilərindən sonra İran Küveyt və Səudiyyə Ərəbistanına hücumlar edib. Tramp müharibənin rejim dəyişikliyinə səbəb olduğunu və Tehranla "tezliklə" razılaşma əldə edilə biləcəyini iddia edir.

Gecə boyu ABŞ və İsrail hava qüvvələri İran ərazisindəki hədəfləri şiddətli şəkildə bombalamağa davam edərkən, buna cavab olaraq İran bölgədəki ABŞ müttəfiqləri olan Küveyt və Səudiyyə Ərəbistanına cavab hücumları edib.

Ayətullah Seyyid Müctəba Xamenei İraqa dəstəyə görə təşəkkür etdi

İran İslam İnqilabının lideri Ayətullah Seyyid Müctəba Xamenei İraqdakı Ali Dini Mərcəiyyətə və xalqına təşəkkür edib. O, İrana qarşı hücumlar fonunda göstərilən dəstəyin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Ayətullah Seyyid Müctəba Xamenei bildirib ki, İraqın dini rəhbərliyinin və xalqının tutduğu mövqe regionda həmrəylik nümunəsi kimi qiymətləndirilir.

12 yaşlı Mehriban 7-ci dəfə Azərbaycan çempionu oldu

12 yaşlı şahmatçı Mehriban Əhmədli 7-ci dəfə Azərbaycan çempionu adını qazanıb.

Mingəçevir şəhər 3 saylı orta məktəbin 5-ci sinif şagirdi olan Mehriban Elmar qızı Əhmədli bu gün Gəncə şəhərində 12 yaşlı idmaçı qızlar arasında keçirilən Şahmat üzrə Ölkə Çempionatında birinci olub. 34  şahmatçı arasında uğurlu çıxışları ilə yadda qalan Mehriban Əhmədli  son turun nəticəsindən asılı olmayaraq bu yaşında ardıcıl olaraq 7-ci dəfə Azərbaycan çempionu adını qazanıb.