23 March 2026

Netanyahunun Avropaya çağırışı İsrailin aciz duruma düşməsinə əyani sübutdur

İsrailin baş naziri Benyamin Netahyahunun Avropa ölkələrinə müharibəyə qoşulmaq barədə çağırışı müxtəlif rakurslardan hadisəni dəyərləndirməyə imkan verir. Bu, iddialı və hətta İranı çökdürmək üçün İsrailə 3 gün vaxtın lazım olduğunu söyləyən bir "şəxsin" artıq 20 günü ötən müharibədə acizliyi olaraq da görünür.

"Bakı Kuboku" turnirinin mükafatçıları müəyyənləşdi

"Neftçi" və Rusiyanın "Dinamo" (Moskva) klubunun birgə təşkilatçılığı ilə Azərbaycan futbolunun əfsanəsi, unudulmaz "9 nömrə" Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş "Bakı Kuboku" beynəlxalq turniri başa çatıb.

2015-ci il təvəllüdlü futbolçular arasında "Palms Sports" Futbol Mərkəzində keçirilən turnirin sonuncu günündə 4 oyun baş tutub.

Əsrlər boyu xalqın qoruyub saxladığı hicabı bu gün qadağan etmək dövlət adından xalqa xəyanətdir

Azərbaycan xalqı tarix boyu öz milli və mənəvi dəyərlərini qoruyaraq bu günə gəlib çatmışdır. Bu dəyərlərin ən önəmlilərindən biri isə İslam mədəniyyəti və onun ayrılmaz bir parçası olan hicabdır. Hicab sadəcə bir geyim deyil  o, inancın, kimliyin və mənəviyyatın simvoludur.

Netanyahudan kritik durum: O, Avropa ölkələrini İrana qarşı müharibəyə qoşulmağa çağırıb

İranı 3 günə çökdürəcəyi iddiası ilə çıxış edən İsrailin baş naziri Benjamin Netanyahu gərgin vəziyyətə düşməsini gizlətməyib. O, Avropa ölkələrinə müraciət edərək onları İrana qarşı müharibəyə qoşulmağa çağırıb.

Netanyahu bildirib: “İran tərəfi Dieqo Qarsiya bazasına qitələrarası ballistik raket atıblar, Avropanın dərinliklərinə çatmaq imkanları var. Digər ölkələrin liderləri də müharibəyə qoşulmalıdır.”

İran Qətərdə zavodu vurdu

Qətərin Ras-Laffan bölgəsində yerləşən mayeləşdirilmiş qaz zavoduna hücum İran tərəfindən həyata keçirilib.

Bu barədə Financial Times məlumat yayıb. Bildirilir ki, hücum raketlərlə həyata keçirilib və onlar ABŞ-ın hava hücumundan müdafiə sistemlərini aşa bilib.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

“Hörmüz boğazı İran sərhədlərini pozan ölkələr istisna olmaqla, bütün ölkələrin gəmiləri üçün açıqdır”

İran prezidenti Məsud Pezeşkian öz “X” hesabında Hörmüz boğazının açıq olduğunu yazıb və eyni halda o, buradan yalnız İran sərhədlərini pozan ölkələr istisna olmaqla, bütün ölkələrin gəmilərinin keçməsinə heç bir maniə olmadığını bildirib.

Xatırladaq ki, İsrail və Amerikanın İrana hücumundan sonra İran Hörmüz boğazını qısmən məhdudlaşdırıb.

İran müdafiədən hücuma keçdi: “Düşməni sürprizlər gözləyir!”

İran İslam Respublikasının Silahlı Qüvvələri ABŞ və İsrail ilə mübarizə strategiyasını dəyişib.

Bu barədə İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı general-mayor Əli Abdullahi bəyan edib.

O, düşmən üçün “yeni sürprizlərin” olacağını elan edib.

General Abdllahı əlavə edib ki, hazırkı müharibədə İran müdafiə strategiyasından hücum strategiyasına keçib və müharibəni etdirmə taktikası dəyişdirilib.

Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu

Almaniyanın Bremen şəhərində cüdo üzrə Beynəlxalq "Masters" Turnirinə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyası xəbər verir ki, yarışın son günündə U-21 yaş kateqoriyasında mübarizə aparan gənc oğlanlardan ibarət Azərbaycan yığması uğurlu çıxışı ilə seçilib. Millimiz 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanaraq turniri komanda hesabında birinci pillədə başa vurub.