12 March 2026

"Müsəlmanların dəyərlərinə hörmətlə yanaşılamlıdır"

"Müsəlman vətəndaşlarımızın mövqeyinə, dəyərlərinə və həssaslıqlarına hörmətlə yanaşmaq hər kəsin mənəvi borcudur".

Bu sözləri Gürcüstan Parlamentin üzvü Savalan Mirzəyev sosial şəbəkə hesabında yazıb.

O son vaxtlar Gürcüstanın müsəlman vətəndaşlarına qarşı müxalifət nümayəndələri tərəfindən səslənən fikirlərə kəskin reaksiya verərəl çağırış edib ki, inanclı müsəlman vətəndaşların dəyərlərinə hörmətlə yanaşılmalıdır.

Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

B Liqasının 3-cü qrupunda yer alan yığma Belçikanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubets” stadionunda keçirilən görüş rəqibin 11:0 hesablı qələbəsi ilə başa çatıb.

Komanda növbəti oyununu martın 15-də Sloveniyaya qarşı keçirəcək.

“Jurnalistlər üçün Ədalət Fondu”: “2025-ci ildə Azərbaycanda jurnalistlərə qarşı 211 hücum qeydə alınıb, təzyiqin əsas mənbəyi dövlət qurumlarıdır”

“Jurnalistlər üçün Ədalət Fondu”nun (“Justice for Journalists Foundation”) 2025-ci il üzrə hesabatına görə, Azərbaycanda jurnalistlər və media qurumlarına qarşı təzyiqlər davam edir. Araşdırmada ölkədə media işçilərinə qarşı 211 hücum və təhdid faktının qeydə alındığı, hücumların böyük hissəsini dövlət qurumlarının nümayəndələrinin həyata keçirdiyi vurğulanır.

Ayətullah Müctəba Xameneinin ilk müraciətindən önəmli məqamlar

İslam İnqilabının Rəhbəri Ayətullah Əli Xameneinin şəhadətindən sonra Ekspertlər Şurası (Məclis-i Xobreqan) tərəfindən yeni rəhbər seçilən Ayətullah Seyid Müctəba Xamenei İran millətinə ilk rəsmi müraciətini ünvanlayıb.

12 mart 2026 tarixində yayımlanan bəyanatda yeni rəhbər ölkənin daxili və xarici siyasəti, davam edən müharibə və intiqam planları barədə mühüm mesajlar verib.

Müracətin əsas başlıqları:

Fürsəti əldən verməyin, bu gecə üçüncü əhyadır (Qədr gecəsinin əməlləri)

Bu gecə 3-cü Əhya gecəsidir.

“Sonuncu fürsət” kimi dəyərləndirilən bu gecədə əhya saxlamaq və Qədr gecəsinin əməllərini edərək, Mübarək Ramazan ayının ən üstün gecəsini ibadət və dualara həsr etmək tövsiyə olunur.

Az.shafaqna.com bu gecənin əməllərini təqdim edir:

1) Qüsl etmək. Qüsl edərkən belə niyyət edilməlidir: “Əhya gecəsinin qüslünü edirəm qürbətən iləllah”. Bu qüslün böyük savabı vardır.

İran ABŞ bazalarındakı “Patriot” sistemlərinə zərbələr endirdiyini açıqlayıb

İran gün ərzində Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarında yerləşdirilmiş “Patriot” hava hücumundan müdafiə sistemlərinə zərbələr endirdiyini bəyan edib.

Bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiyə” Mərkəzi Qərargahının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hücumlar zamanı ABŞ-ın regiondakı iki dəniz bazasında yerləşən “Patriot” kompleksləri, hərbi texnika və ABŞ hərbçilərinin cəmləşdiyi məntəqələr hədəfə alınıb.

İranda yeni Ali Dini Liderin seçilməsi Trampa tərsinə vurulan şapalaq oldu

İranda şəhid rəhbər Ayətullah Seyyid Əli Xameneidən sonra seçiləcək şəxsin kimliyi hər kəsin diqqət mərkəzində və dünyanın xüsusi izlədiyi hadisələrdən idi. Yeni lider İranın gərgin müharibə apardığı hadisələrin, imperialist qüvvələrin təzyiq və hərbi müdaxiləsi fonunda seçilməsi bu məsələnin əhəmiyyətini daha da artırırdı.

Ayətullah Abdullah Cavadi Amuli: Əli ibn Əbu Talib kamil insanın və tam ilahi xəlifənin ən bariz nümunəsidir

Əli ibn Əbu Talibin (ə) şəhadətinin ildönümü münasibətilə Ayətullah Cavadi Amulinin intellektual və praktiki böyüklüyü ilə bağlı *Şəmmi-i Vilayət* əsərindən bəzi parçalar dərc edilib. O, Əli ibn Əbu Talibin (ə) böyüklüyü haqqında belə deyir:

“Əli ibn Əbu Talib kamil insanın və tam ilahi xəlifəliyin ən bariz nümunəsidir. Belə bir insan, Allahın gözəl adlarının təcəlli etdiyi və Onun uca sifətlərinin göründüyü mümkün varlıq aləmindəki bütün həqiqətlərdən xəbərdardır.

Cey Di Vens İrana qarşı əməliyyatlar fonunda niyə susdu? - Vaşinqtonda fikir ayrılığı iddiaları

ABŞ vitse-prezidenti Cey Di Vens İranın hədəflərinə endirilən zərbələrdən sonra demək olar ki, üç gün ictimaiyyət qarşısında görünmədiyi üçün Vaşinqtonda onunla prezident Donald Tramp arasında fikir ayrılığı ola biləcəyi barədə müzakirələr yaranıb. Məlumatı “The Telegraph” nəşri yayıb.

İraq neft limanları fəaliyyətini dayandırdı

İraq Baş Limanları Şirkətinin baş direktoru Fərhan əl-Fərtusi ölkə sahilləri boyunca neft terminallarının fəaliyyətini dayandırdığını açıqlayıb.

Xarici KİV-lər xəbər verir ki, o, Barsa limanı yaxınlığında iki tankerə hücum edildiyini təsdiqləyib. 

"Neft limanlarının işi dayandırılıb, lakin kommersiya limanları fəaliyyətini davam etdirir",  - deyə əl-Fartusi aydınlıq gətirib.

Orta məktəbdə növbəti hicab qadağası-bu dəfə 1 saylı Mehdiabad orta məktəbində

Orta məktəblərdə hicablı qız uşaqlarının məktəbə buraxılmaması ilə bağlı növbəti qadağa Bakı şəhəri Mehdiabad qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə yaşanıb. Valideyn Fərhad Səfərov sosial media üzərindən etdiyi paylaşımda qızının hicablı olması səbəbindən məktəbə buraxılmamasını bildirib.