27 February 2026

“Qarabağ”dan yeni rekord

“Qarabağ” UEFA Çempionlar Liqasında vurduğu qolların sayına görə rekorda imza atıb.

Peşəkar Futbol Liqasından bildirilib ki, Ağdam təmsilçisi 2025/2026-cı illər mövsümündə ümumilikdə 31 dəfə fərqlənib ki, bu da Azərbaycan klublarının bir mövsüm üçün mütləq rekordudur.

Cari mövsümdə Azərbaycan klubları avrokuboklarda 48 qol vurub. Bu da 2023/2024-cü illər mövsümündəki məhsuldarlıq rekordunun təkrarıdır. Bu qollardan 31-i məhz “Qarabağ”ın payına düşür.

Nigeriyada Təravih namazı zamanı məscidə hücumu gerçəkləşdi: 5 nəfər həyatını itirdi

Nigeriyanın Kəbbi əyalətinin Dadin Kova şəhərində təravih namazı zamanı bir məscid silahlı hücuma məruz qalıb. Hücumda beş müsəlman həlak olub, bir neçə nəfər yaralanıb.

Kəbbi əyalətinin qubernatoru Nasir İdris hadisə yerinə baxış keçirib və hücumu "barbar hərəkət" adlandırıb. Ramazan ayında ibadət zamanı mülki şəxslərin hədəfə alınmasının qəbuledilməz olduğunu bildirən İdris, məsul şəxslərin tutulması üçün təhlükəsizlik əməliyyatlarının artırılacağını bildirib.

İraqda Ramazan ayında Quran 253 dəfə xətm ediləcək

Mübarək Ramazan ayı ərzində İraqın 17 vilayətində Qurani-Kərim xətmi üzrə 253 məclis keçiriləcək.

İmam Hüseyn (ə) Hərəminin təşkilatçılığı ilə həyata keçirilən bu təşəbbüs “Ramazan Quranı” adlandırılıb.

Quranın əvvəldən sonadək tilavəti üzrə keçiriləcək 253 tədbirin 133-ü kişilər üçün, 95-i qadınlar üçün, həmçinin 25 də ölkə universitetləri olacaq.

İraq Müqavimət qrupları ABŞ-ı geri çəkilməyə və müdaxiləyə qarşı xəbərdar etdi

ABŞ-ın təzyiqi və Koordinasiya Çərçivəsinin Nuri əl-Malikinin namizədliyinə israr etməsi səbəbindən Bağdaddakı siyasi böhran dərinləşir.

Bağdadda siyasi gərginlik artır. Vaşinqtonun təzyiqi altında Müqavimət Koordinasiya Komitəsi ritorikasını sərtləşdirib.

İsrail Qəzzaya hava zərbələri endirib: 4 fələstinli şəhid oldu

Qəzzanın cənubunda polis məntəqəsi hədəf alındı

Yerli mənbələrin məlumatına görə, sionist rejim ordusuna məxsus pilotsuz uçuş aparatı Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin qərbindəki əl-Məvasi bölgəsində polis məntəqəsinə hava zərbəsi endirib. Hücum nəticəsində üç polis əməkdaşının şəhid olduğu bildirilib.