8 İslam ölkəsi İsrailin qeyri-qanuni siyasətini pislədi
Birgə bəyanatla sərt mövqe
Səkkiz İslam ölkəsi birgə bəyanatla İsrailin işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi “ekspansionist və qeyri-qanuni siyasətləri” qətiyyətlə pisləyib. Bəyanat sionist rejim hökumətinin Fələstin torpaqları üzərində nəzarəti daha da möhkəmləndirməyə yönəlmiş yeni qərarlar qəbul etməsindən bir gün sonra yayılıb.













