02 July 2025

KİV: "Microsoft" ikinci ixtisar dalğasında 9 min nəfəri işdən çıxaracaq

“Microsoft” korporasiyası bu il ixtisarların ikinci turunda 9 000 işçini ixtisar edəcək.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Şirkət sözçüsü bildirib ki, dəyişikliklər şirkəti bazarda ən yaxşı şəkildə yerləşdirmək üçün zəruridir.

Qeyd edək ki, ixtisarların ilk dalğası 2025-ci ilin mayında baş verib və azı 6 000 işçini əhatə edib. İyunda daha 300 nəfər işdən çıxarılıb.

Azər Qasımlının məhkəməsi olub, bütün vəsatətləri rədd edilib

Siyasətçi iclas boyu şüşə qəfəsdə saxlanılıb və hakim onun vəkilinin yanında oturmasına razı olmayıb

İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan siyasətçi Azər Qasımlının işi üzrə məhkəmə prosesi keçirilib. 

İclasda Azər Qasımlının vəkili Aqil Layıc iştirak edib. O, cinayət işinə xitam verilməsi və ya Azər Qasımlının ev dustaqlığına keçirilməsi, Qasımlının şüşə kameradan çıxarılaraq məhkəmə zalında oturması ilə bağlı vəsatətlər verib. 

Xanım Zeynəbin (s.ə) hərəmi ətrafında ələvilərə qarşı həbs dalğası həyata keçirilib

Yerli mənbə bildirib ki, Dəməşqin sahilyanı ərazilərində Colani rejiminə bağlı dəstələr tərəfindən ələvilərin həbs dalğası baş verib.

Yerli mənbə deyib: “Ələvilərin Dəməşqin sahillərində həbs dalğası terrorçu Əl-Colani rejiminə bağlı ünsürlər tərəfindən başlayıb.

Bu həbs dalğasında ələvilər xüsusi olaraq hədəfə alınır və terrorçu ünsürlər bu bölgədəki yaşayış və ticarət sahələrinə hücum edərək, onlarla gənc suriyalını konkret ittihamlar olmadan həbs edirlər.”

“İmam Ümmət” məscidində İmam Hüseynə (ə) əza məclisləri davam edir

“Bir gənc İmam Sadiqə (ə) yaxınlaşıb İmam Hüseynə (ə) necə ziyarət etməsi barəsində soruşduğu zaman İmam (ə) buyurdu: “İmam Hüseynin (ə) mübarək məzarının qarşısında durub yeddi dəfə de; Subhanəllahi vəlhəmdulilləhi və la ilahə illəllahu vəllahu əkbər Ləbbeyk ya daiyəllah“(yəni səninləyəm ey Allaha tərəf çağıran). Yəni İmam Hüseyn (ə) bizi Allaha tərəf çağırandır, çatdırandır. Həmçinin Quran Peyğəmbəri (s) bu adla vəsf edir. İmam Hüseyn (ə) də Peyğəmbərin (s) missiyasını davam etdirir.

Kaliforniyanın ayrılmasına dəstək rekord qırır

Yeni sorğu nəticəsində məlum olub ki, Kaliforniyada böyüklərin 44%-i ştatın ABŞ-dan ayrılaraq müstəqil ölkə olmasını dəstəkləyir.

Kaliforniya Müstəqillik İnstitutu (ICI) adından YouGov tədqiqat şirkəti tərəfindən aparılan son sorğunun nəticələrinə görə, Kaliforniyalıların 44%-i ştatın federal hökumətlə danışıqlar yolu ilə ABŞ-dan “sülh və qanuni yolla ayrılmaq niyyətini bəyan etməsinə” müsbət yanaşır.

Şahin Şıxlinski sərbəst buraxılıb (yenilənib)

 

Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski iyulun 1-də axşam saatlarında sərbəst buraxılıb.

Bu barədə "Unikal"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Şıxlinski dindirildikdən sonra sərbəst buraxılıb.

Bundan əvvəl Şahin Şıxlinskinin saxlanılaraq şahid qismində ifadə vermək üçün Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparıldığı barədə məlumat yayılıb.

ABŞ müharibəyə hazırlaşırmı? Hind okeanında hərbi hazırlıq aktivləşib

Yeni peyk təsviri ABŞ Hərbi Hava Qüvvələrinin Hind okeanındakı strateji Amerika bazası olan Dieqo Qarsiyada hərbi birləşməsinin aktivləşməsini qeydə alıb.

Bunun ABŞ və İsrailin İrana hücumlarından sonra Yaxın Şərq və Hind-Sakit Okean regionunda gərginliyin yüksək olduğu bir vaxtda həyata keçirilməsi diqqət çəkib.