01 July 2025

Azərbaycan güləşçiləri İtaliyada keçirilən Avropa çempionatına 3 gümüş medalla start verib

Azərbaycanın yunan-Roma güləşçiləri İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatına 3 gümüş medalla start verib.

Güləş federasiyasının mətbuat xidməti xəbər verir ki, ikinci yarış günündə 5 çəkidə qaliblər müəyyənləşib.

Turan Daşdəmirov finalda rusiyalı İvan Solominə ilk xal prinsipinə əsasən (1:1), Tural Əhmədov (63 kq) finalda rusiyalı İqor Punçenkoya 1:9, Davud Məmmədov (77 kq) isə finalda gürcüstanlı Anri Putkaradzeyə 1:3 hesabıyla məğlub olub.

Böyük Britaniya məhkəməsi İsrailə hərbi hissələrin satışına etirazı rədd edib

Bu işi Böyük Britaniyada yerləşən Qlobal Hüquqi Fəaliyyət Şəbəkəsi (GLAN) və Ramallahda yerləşən Əl-Haqq insan haqları təşkilatı qaldırıb.

Bazar ertəsi Londonun Ali Məhkəməsi insan haqları qruplarının Britaniya hökumətinin F-35 qırıcıları üçün İsrailə hissələri və digər hərbi texnika tədarük etmək qərarına etiraz edən iddiasını rədd edib.

Peyğəmbərləri hədəf alan “Leman” rüsvayçılığı ilə bağlı araşdırma

Türkiyə Ədliyyə naziri Yılmaz Tunc bombalanan şəhərin səmasında Məhəmməd peyğəmbərin (s) Musa peyğəmbərə (ə) salam verməsini əks etdirən karikaturaya görə “Leman” jurnalı ilə bağlı “dini dəyərləri açıq-aşkar təhqir etmək” maddəsi ilə araşdırma başlandığını açıqlayıb.

Tunç, "Peyğəmbərimizi karikaturaya çəkmək və ya hər hansı şəkildə onu vizual olaraq təmsil etməyə çalışmaq təkcə dini dəyərlərimizə deyil, həm də ictimai sülhə zərər verir" deyib.

45 ildən sonra etiraf: Ayətullah Sədr işi yekunlaşdı, qatillərə ölüm hökmü verildi

İraq məhkəməsi ölkənin aparıcı şiə dini lideri Ayətullah Məhəmməd Baqir əs-Sədr və onun bacısı Bint əl-Hudanın 1980-ci ildə edam edilməsində məsul olan iki keçmiş BƏƏS rejimi məmurunu ölüm cəzasına məhkum edib.

Qərar bazar günü İraq Milli Təhlükəsizlik Agentliyi tərəfindən ictimaiyyətə açıqlanıb. İraq Cinayət Məhkəməsi müttəhimlər Saadun Sabri və Heysəm Əbdül Əzizi İraqda Dava Partiyasının qurucusu Ayətullah Sədr və onun bacısının edamında birbaşa iştirakda təqsirli bilib.

"Mançester Siti" 1/8 final mərhələsində "Əl-Hilal" komandasına məğlub olub

Futbol üzrə Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində İngiltərənin "Mançester Siti" klubu Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasına əlavə vaxtda 3:4 hesabı ilə uduzub.

Qarşılaşma ABŞ-ın Florida ştatının Orlando şəhərində baş tutub.

"Əl-Hilal"ın heyətində Markos Leonardo (46 və 112-ci dəqiqələr), Malkom (52) və Kalidu Kulibali (94) fərqlənib.

"Mançester Siti"nin qollarını isə Bernardu Silva (9), Erlinq Holand (55) və Fil Foden (104) vurub.

İdxalda kəskin bahalaşma: Ərzaq və geyim məhsullarında rekord qiymət artımı

Dövlət Statistika Komitəsinin (DSK) 2025-ci ilin aprel ayının yekunlarına dair açıqladığı xarici ticarət statistikasına görə, Azərbaycana idxal olunan əksər qida və qeyri-qida məhsullarının qiymətində kəskin bahalanma qeydə alınıb. 

Hesabatdan aydın olur ki, ilin 4 ayında ölkənin  ümumi idxalı orta hesabla 23 faiz bahalnsa da, ayrı-ayrı məhsul qrupları üzrə qiymət artmı daha yüksəkdir.