03 December 2024

Məktəb drektorunun da qatıldığı 300 uşaq məsciddə sübh namazı qıldı

Rusiyada yüzlərlə uşaq məscidə gələrək camaatla qılınan sübh namazında iştirak edib.

Rus mediası xəbər verr ki, Dağıstan Respublikasının Qızılyurd rayonunun Sultan-Yangi-Yurt kəndində təxminən 300 uşaq eyni anda məscidə gəlib.

Sübh namazına həmçinin kənd məktəbinin direktoru da qatılıb. O, Allaha ibadət üçün məscidə gələn uşaqlara minnətdarlığını bildirib və deyib ki, yuxunun şirin vaxtında oyanaraq Allaha ibadət etməyin özü böyük bir şücət və mərdlikdir.

“Hüquq müdafiəçiliyimə görə məni cəzalandırmaq məqsədi ilə həbs ediblər”

Hüquq müdafiəçisi Rüfət Səfərov ictimaiyyətə müraciət edib. Vəkili Elçin Sadıqov tərəfindən yayımlanan müraciətdə o, həbsinin səbəblərini də qeyd edib. Müraciətdə deyilir:

"Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir.

Rusiya Ukraynada daha iki kəndi nəzarətə götürdü

Rusiya silahlı qüvvələri Donetsk Xalq Respublikasının Romanovka və Zaporojye vilayətinin Novodarovka yaşayış məntəqələrini azad edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

“Cənub Qüvvələri Qrupunun bölmələri qətiyyətli hərəkətlər nəticəsində Romanovka kəndini azad edib”, - Müdafiə Nazirliyi bildirir.

Zaporojye vilayətindəki Novodarovka "Vostok" qoşun qruplaşmasının bölmələri tərəfindən nəzarətə götürülüb.

Azərbaycan və İranın xarici işlər nazirləri Naxçıvana yolun tikintisini müzakirə ediblər

Dekabrın 3-də Məşhəd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 28-ci  toplantısı çərçivəsində Azərbaycan və İran Xarici İşlər nazirlikləri rəhbərlərinin  görüşü olub.

Ceyhun Bayramov və Araqçı iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat və kommunikasiya, enerji təhlükəsizliyi və birgə layihələr üzrə  Azərbaycan-İran əməkdaşlığına dair məsələləri müzakirə ediblər.

Suriyada geniş əraziləri ələ keçirən silahlılar kimlərdir?

Suriyanın geniş ərazilərini nəzarətə götürən döyüşçülər uzun müddətdir "yatan" vətəndaş savaşını yenidən oyadıb.

AzadlıqRadiosunun əməkdaşı Kian Şərifi yazır ki, ölkənin şimal-qərbindəki qəfil hücuma prezident Bəşər Əsədə qarşı vuruşan ən böyük silahlı qruplaşmalardan biri – "Heyət Təhrir əş-Şam" başçılıq edir.

Trampın BRİKS təhlükəsinə Çinin reaksiyası

Trampın BRİKS ölkələri ilə bağlı açıqlaması Çinin reaksiyasına səbəb olub. Çin ABŞ-ı qlobal iqtisadiyyatı sabitliyi pozmaqda və dolların hökmranlığından geosiyasi silah kimi istifadə etməkdə ittiham edib.

ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın BRİKS ölkələrindən ABŞ dollarından ehtiyat valyuta kimi istifadə etmək öhdəliyini istəməsi Çinin reaksiyasına səbəb olub.

Sumqayıtda partlayış olan binada dağıntılar altından 6 nəfər sağ çıxarılıb

Bu gün saat 06.42-də FHN-in “112” qaynar xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri, 13-cü mikrorayon, Üzeyir Hacıbəyli küçəsində 19-cu binada baş verən partlayış hadisəsi ilə bağlı Sumqayıt Regional Mərkəzinin Operativ Məlumat Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Bunu FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev bildirib.

UEFA "Qarabağ"ı 26 min avro cərimələyib

UEFA "Qarabağ"ı cərimələyib.

Operativtv Apasport-a istinadən xəbər verir ki, buna Azərbaycan çempionunun Bakıda "Ayaks"a (Niderland) qarşı keçirdiyi UEFA Avropa Liqası matçında yaşananlar səbəb olub.

"Köhlən atlar" ümumilikdə 26000 avro ziyana düşüb.

Ağdam klubu "komandanın düzgün olmayan davranışı"na (3 qırmızı, 5 sarı vərəqə) görə 14000 avro, oyunda lazerdən istifadə olunduğu üçün isə 12000 avro cərimələnib.