29 November 2024

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

Operativtv Unikal-a istinadən xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma Estoniya seçməsi ilə üz-üzə gəlib.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ayətullah Xamenei: İran İslam Respublikasının ayaqda qalmasının səbəbi xalqımızın səyləridir

İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei İran İslam Respublikasının ayaqda qalmasının səbəbi xalqının səyləri olduğunu söyləyib.

Ayətullah Xameneinin noyabrın 11-də İsfahan vilayətinin 24 Minlik Şəhidlər Konqresinin üzvləri ilə görüşündə iştirak edib.

İsrail avtobusuna hücum olub, 9 nəfər yaralanıb

İordan çayının Qərb sahilində yerləşən Ariel qəsəbəsi yaxınlığında İsrail avtobusuna hücum olub.

İsrail mediası xəbər verir ki, nəticədə ən azı 9 nəfər yaralanıb.

Yaralananlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

İsrail Müdafiə Qüvvələrindən verilən məlumata görə, terrorçu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Suriya ordusu Hələb və İdlibdə əks hücuma keçib

Suriya ordusu Hələb və İdlibə hücum edən Əl-Baqum qəsəbəsini Əl-Nusra terrorçularından azad edib.

Əl-Mayadeen kanalı xəbər verir ki, Suriya ordusu Hələb və İdlibdə Nusra cəbhəsinə qarşı əks hücuma keçib. Kanalın müxbiri Suriya ordusunun İdlibin cənub-şərqində silahlı qruplaşmaların ələ keçirdiyi mövqelərə hücum edərək Əl-Baqum şəhərini azad etdiyini bildirir.

Həzrət Abbas (ə) ziyarətgahına bağlı “Yaşıl Zona”

Həzrət Əbəlfəz Abbasın (ə) ziyarətgahına bağlı olan Cənub Yaşıl Qurşağı Bölməsi, ətraf mühitin yaşıllaşdırılması məqsədilə İmam Hüseynin (ə) yaşıllıq bölgəsinin yenidən qurulması işlərinin ikinci mərhələsinin başladığını elan edib.

Bölmənin rəhbəri Nasir Hüseyn Mutəb bu haqda açıqlamsında deyib: “Cənub Yaşıl Qurşaq layihəsi çərçivəsində yaşıl sahələri artırmaq və ətraf mühitin davamlılığını gücləndirmək üçün İmam Hüseynin (ə) Yaşıl Zonasının yenidən qurulması işlərinin ikinci mərhələsinə start verilib.”