10 July 2024

“OPEC+”a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz açıqlanıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci illər üçün “OPEC+” razılaşmasına (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.

Seyid Həsən Nəsrullah: Şimal cəbhəsində döyüşlərin dayandırılması Qəzzədə təcavüzün dayandırılmasına bağlıdır

Livan Hizbullah Hərəkatının Baş katibi bu gün (çərşənbə günü) bu hərəkatın komandiri, İsrail rejiminin hücumu nəticəsində şəhid olan Məhəmməd Naməh Nasirin (Hacı Əbu Naməh) anım mərasimi ilə bağlı çıxış edib.

İnqilab rəhbərinin fərmanı ilə Vəliyyi-fəqihin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi və Təbrizin cümə imamı təyin edildi

 İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei fərmanı ilə cənab Höccətül-İslam Hacı Şeyx Əhməd Mütəhhəri Əsli Vəliyyi-fəqihin Şərqi Azərbaycan vilayəti üzrə yeni nümayəndəsi və Təbriz şəhərinin cümə imamı təyin edib.

"Meta" şirkətindən İsrailə dəstək: "Sionist” sözü olan yazıları siləcək

“Facebook” və “İnstagram”ın sahibi olan “Meta Platforms” şirkəti sionist rejiminə dəstək məqsədilə “sionist” sözü olan yazıları siləcəyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Meta platforms şirkəti bu andan etibarən “sionist” sözü olan yazıların silinməsinə qərar verdiyini və bu aksiyanın şirkətin siyasəti yönündə “nifrət yaymaq” adlı bənd çərçivəsində həyata keçirildiyini açıqlayıb. 

İspaniya Avropa çempionatının ilk finalçısı oldu

Futbol üzrə Avropa çempionatının yarımfinal mərhələsi çərçivəsində İspaniya və Fransa milli komandaları üz-üzə gəlib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, gərgin keçən qarşılaşmada ispanlar rəqiblərinin üstələməyi bacarıb - 2:1.

Oyunda hesabı 8-ci dəqiqədə fransalı Kolo Muani açıb.

Qarşılaşmanın 21-ci dəqiqəsində isə Lamin Yamal baxımlı qola imza ataraq tarazlığı bərpa edib.

Məhərrəm ayı və İmam Hüseynin (ə) şəhidliyi: Matəm və ibadət dərsi

Məhərrəm ayı İslam təqviminin ilk ayıdır və müsəlman aləmində xüsusi bir yerə sahibdir. Bu ay, xüsusilə də onun onuncu günü olan Aşura günü, İmam Hüseyn (əleyhissalam) və onun səhabələrinin Kərbəla döyüşündə şəhid edilməsinin xatirəsinə həsr olunmuşdur. Bu hadisə, İslam tarixində mühüm bir dönüm nöqtəsidir və İmam Hüseynin zülmə qarşı duruşu, ədalət və haqqa bağlılığı müsəlmanlar üçün böyük bir nümunə təşkil edir.

 

Kərbəla hadisəsinin tarixi

Azərbaycan və İran prezidentləri əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Azərbaycan və İran Prezidentləri İlham Əliyev və Məsud Pezeşkian bir-birini ölkəsinə səfərə dəvət edib. Hər iki prezident dəvəti qəbul edib.

Bu barədə iyulun 9-da Azərbaycan və İran Prezidentlərinin telefon danışığı barədə Azərbaycan Prezidentinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, İran Prezidenti gələcəkdə də iki ölkə arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.