Yəmən Husiləri tərəfindən çərşənbə axşamı edilən hücumda Ədən körfəzində bir gəmi hədəf alınıb. Bu, qrupun mühüm dəniz ticarət yolunda sonuncu günahlandırıldığı daha bir hücumdur.
Böyük Britaniyanın silahlı qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, gəmi kapitanı gəminin yaxınlığında partlayışın ölkənin Omanla sərhədinə yaxın ərazidə, Yəmənin Niştun sahillərində baş verdiyini bildirib. Mərkəz dənizçilərə adı və bayrağı açıqlanmayan gəminin və bütün ekipajın təhlükəsiz olduğunu bildirib.
Mərkəzdən verilən məlumata görə, partlayış əvvəllər Husilərin hədəf aldığı su yolunun ən uzaq nöqtəsində baş verib.
Husilərin dron və raketlərdən, həmçinin bomba daşıyan dron qayıqlarından istifadə etdiyi məlum olsa da, partlayışa nəyin səbəb olduğu barədə məlumat verilməyib.
Lakin şübhəsiz bu hücumların İsrailin günahsız fələstinlilərin kütləvi öldürülməsinə etiraz etməsi ilə əlaqədardır. Husilərin bölgədə son hücumu iyunun 28-də həyata keçirib.
Üsyançılar ümumilikdə 4 dənizçinin ölümünə səbəb olan kampaniyada raket və pilotsuz təyyarələrlə 60-dan çox gəmini hədəf alıb. Noyabr ayından bəri husilər tərəfindən bir gəmi ələ keçirib, ikisi batırılıb.
ABŞ-ın rəhbərlik etdiyi hava hücumları yanvar ayından bəri husiləri hədəf alıb və mayın 30-da həyata keçirilən bir sıra zərbələr nəticəsində üsyançıların dediyinə görə, azı 16 nəfər ölüb, 42 nəfər yaralanıb.
Husilər Qəzza zolağında İsrailə qarşı müharibədə HƏMAS-a dəstəyinin bir hissəsi olaraq, İsrail, ABŞ və ya Britaniya ilə əlaqəli gəmiləri hədəf aldıqlarını bildirirlər.
Birgə Dəniz İnformasiya Mərkəzinin məlumatına görə, iyunun 28-də üsyançıların nəzarətində olan liman şəhəri Hodeyda sahillərində hərəkət edən Liberiya bayraqlı "Delinox" adlı tankerin yanına beş raket düşüb. Ertəsi gün husilərin hərbi sözçüsü, briqada generalı Yəhya Səri qrupun Qırmızı dənizdə iki gəmiyə edilən hücuma görə məsuliyyət daşıdığını deyib. Lakin informasiya mərkəzi tərəfindən məlumat verilən gəminin bunlardan hansı olduğu aydın olmayıb.
İyunun 27-də Qırmızı dənizdən keçən Malta bayraqlı "Seajoy" yük gəmisi üsyançı qrup tərəfindən vurulduğunu bildirib.
Bu arada, çərşənbə axşamı BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının ofisi Husilər tərəfindən saxlanılan 13 BMT əməkdaşı və digər yardım işçiləri ilə bağlı narahatlığını ifadə edib və onların dərhal azad edilməsinə çağırıb.
"Biz Yəməndə de-fakto "Ənsari Allah" rəsmiləri tərəfindən bir aydan artıqdır saxlanılan 13 BMT əməkdaşının və bir sıra Qeyri Hökumət Təşkilatları əməkdaşlarının rifahı ilə bağlı son dərəcə narahatıq. Bizim hələ də onlarla əlaqə yaratmağımız qadağan edilir", ofisin açıqlamasında deyilib.
BMT 13 işçidən 6-sının insan haqları agentliyində işlədiyini bildirib.
Yəmən Husiləri Ədən körfəzində daha bir gəmiyə hücum edib