Hizbullahın Baş katibi Seyid Həsən Nəsrullah çıxışının əvvəlində Hacı Əbu Namənin ötən illər ərzində döyüş cəbhələrində göstərdiyi şücaətlərindən söz açaraq deyib: “Şəhid Əbu Nameh İŞİD-ə qarşı döyüşmək üçün Hacı Qasım Süleymani ilə birlikdə İraqa gedənlər arasında idi. O, gənclik illərinin əvvəlindən müqavimət və cihad yolunu seçmiş və bir müddət İsrail rejiminin həbsxanalarında məhbus olmuşdu. O, şəhid olana qədər həmişə döyüş meydanında olub.”
Seyid Həsən Nəsrullah Livan Hizbullahının Əl-Əqsa Tufanı əməliyyatında iştirakı haqda bildirib: “Əl-Əqsa Tufanı döyüşündəki öhdəliyimiz əvvəldən forma və məzmun öhdəliyi idi və özümüzü bu əməliyyatın bir hissəsi hesab etdik. Bu döyüşə sadiqliyimiz ilk gündən həlledici və yekun idi. Livan cəbhəsindəki döyüşümüzün xüsusi adı yoxdur.”
“Döyüşümüzün məqsədləri günü-gündən reallaşır və düşmən bütün səviyyələrdə öz ordusunu yorğun və tükəndirməklə bu məsələni qəbul edir” - deyə, o, qeyd edib.
Hizbullah lideri çıxışının davamında deyib: “Əməliyyatımız düşməni şimalda məşğul edir və 1000 israilli zabit və əsgər orada qalmağa məcburdur. Livanın Qəzzəyə dəstək cəbhəsinin məqsədi düşməni yormaq və Qəzzə zolağında münaqişəni öz xeyrinə həll etmək imkanından məhrum etməkdir. Bu gün görürük ki, düşmən ordusu müqavimət qruplarının içəri nüfuz etməsi qorxusundan, xüsusən də casusluq avadanlıqlarını itirdiyi üçün şimalı boşalda bilmir.”
Seyid Həsən Nəsrullah deyib: “Öz döyüşümüzlə düşməni Qəzzəni işğal etməkdən yayındıra bilirik və ona anladırıq ki, əgər bunu dayandırmaq istəyirsə, Qəzzədə təcavüzünü dayandırmalıdır. Xarici tərəflər də başa düşüblər ki, şimal cəbhəsində döyüşlərin dayandırılması Qəzzədə təcavüzün dayandırılmasına bağlıdır.”
Hizbullah Hərəkatının lideri bəyan edib ki, işğalçı rejimin ordusu qüvvə çatışmazlığından əziyyət çəkir və bu səbəbdən də Harediləri orduya qoşulmağa məcbur etməli olurlar. Düşmən ordusu həmçinin məcburi xidmətə çağırış müddətini uzatmağa məcburdur. Bunun İsrailə böyük iqtisadi və sosial təsiri var.
Hizbullahın Baş katibi daha sonra İran İslam Respublikasını seçkilərin ikinci turunu keçirməsi münasibətilə təbrik edərək deyib: “Bir daha bu ölkənin seçilmiş Prezidentinə göndərdiyi məktuba və orada qeyd etdiyi siyasi mövqelərə görə təşəkkür edirəm. Bu mövqelər müqaviməti dəstəkləməkdə İranın prinsiplərinin möhkəm olduğunu təsdiqlədi.”
Seyid Həsən Nəsrullah: Şimal cəbhəsində döyüşlərin dayandırılması Qəzzədə təcavüzün dayandırılmasına bağlıdır
Livan Hizbullah Hərəkatının Baş katibi bu gün (çərşənbə günü) bu hərəkatın komandiri, İsrail rejiminin hücumu nəticəsində şəhid olan Məhəmməd Naməh Nasirin (Hacı Əbu Naməh) anım mərasimi ilə bağlı çıxış edib.