16 May 2024

Hərbi əməliyyatı "dərhal" dayandırın

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell tərəfindən edilən açıqlamada, "İsrail Rəfahdakı hərbi əməliyyatını davam etdirərsə, AB ilə münasibətlər qaçılmaz olaraq ağır təzyiqlərə məruz qalacaq" deyilib.

Avropa İttifaqı (Aİ) İsraildən Qəzzanın Rəfah şəhərindəki hərbi əməliyyatını “dərhal” dayandırmasını istəyib, əks halda ittifaqla əlaqələrin zəifləyəcəyi barədə xəbərdarlıq edib.

Fransa qarışıq; Makron "fövqəladə vəziyyət" elan etdi

Fransanın Yeni Kaledoniya əyalətində səsvermə qanununun dəyişdirilməsinə qarşı etirazlar şiddətlənib və itkilərin sayı artıb. Artan etirazlardan sonra Fransa prezidenti Makron bölgədə fövqəladə vəziyyət elan edib. Fransa hökuməti Yeni Kaledoniyada təhlükəsizliyi təmin etmək üçün əsgər göndərəcəyini açıqlayıb və TikTok-un qadağan ediləcəyi bildirilib.

Yəmən Silahlı Qüvvələri ABŞ gəmisini hədəfə alıb

Yəmən Ənsarullah Hərəkatı silahlı qüvvələri dəniz qüvvələrinin sionist rejim və onun havadarlarına qarşı həyata keçirdiyi PUA və raket əməliyyatının təfərrüatlarını paylaşıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri dünən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Mason" esmines gəmisinin Qırmızı dənizdə müvafiq dəniz raketləri ilə hədəf alındığını açıqlayıb.

Samir Babayev təcridxanada döyülüb

Ədliyyənin işgəncə maşını növbəti dəfə işə düşərək siyasi məhbus Samir Babayevə fiziki zor göstərib. Bu barədə S. Babayev özü ailəsi ilə telefon əlaqəsi zamanı bildirib. Korpusun rejim rəisi Arif Heydərovun ona fiziki zor göstərmə səbəbi isə Samirə göndərilən sovqatların təcridxana işçiləri tərəfindən oğurlanması olub.

Nigeriya dünyanın ən yüksək rəqəmli qida çatışmazlığı böhranı ilə üz-üzədir

Nigeriyanın şimal-şərqində 5,9 milyon uşağın ciddi qida və qida çatışmazlığı böhranı ilə üzləşdiyi bildirilir ki, bu da dünyada ən yüksək rəqəmdir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Nigeriyanın paytaxtı Abucada 2024-cü ilin Quru Mövsümündə Qida Təhlükəsizliyi və Qidalanma Böhran Planı proqramını təşkil edib.

Qəzzada müharibənin əvvəlindən 630-dan çox tibb işçisi həlak olub

Tass xəbər agentliyi Əl-Məyadin telekanalına istinadən bildirib ki, ötən il oktyabrın 7-dən bəri Qəzzədə tibb müəssisələrinin 630-dan çox əməkdaşı öldürülüb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, həlak olanlar arasında 500 həkim və kişi tibb işçisi, həmçinin 138 qadın tibb bacısı var. Telekanalın bildirdiyinə görə, İsrail rejimi hərbi əməliyyatlar zamanı müxtəlif tibb müəssisələrinə, xəstəxanalara və təcili yardım maşınlarına zərbələr endirir.

"Yuventus" çempion oldu

Futbol üzrə İtaliya Kubokunun qalibi məlum olub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, finalda "Atalanta" və "Yuventus" komandaları üz-üzə gəlib. Görüş "qoca sinyora"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 4-cü dəqiqədə Duşan Vlahoviç vurub.

Bununla da "Yuventus" 15-ci dəfə İtaliya Kubokunun qalibi olub.

134 mindən çox fələstinli qətlə yetirilib

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Fələstin Mərkəzi Statistika Bürosu “Nəqbə”nin – “Böyük Fəlakətin” 76-cı ildönümünə həsr edilmiş hesabat dərc edib.

Qeyd edək ki, Fələstin xalqı 1948-ci ildən hər ilin 15 may tarixində adıçəkilən günü qeyd edir.

Məruzəyə əsasən, 1948-ci ildən bəri 134 mindən çox günahsız fələstinli həm Fələstin daxilində, həm də Fələstin hüdudlarından kənarda qətlə yetirilib.