13 May 2023

Azərbaycan əhalisi pulunun yarıdan çoxunu ərzağa xərcləyir

Azərbaycan əhalisi alış-veriş zamanı pulunun 57,9 faizini ərzaq almağa xərcləyir.  Toplum TV xəbər verir ki, bu barədə mayın 12-də Dövlət Statistika Komitəsi məlumat yayıb.  Bildirilir ki, əhali bu ilin dörd ayı ərzində 16 milyard manatlıq mal alıb. Onun 9,5 milyardı ərzaq malları, 6,9 milyardı isə qeyri-ərzaq malları almağa xərclənib.

Moskva və Dəməşq Vaşinqtonu qoşunlarını Suriyadan çıxarmağa çağırıb

Rusiya-Suriya Nazirlərlərarası Koordinasiya Mərkəzinin birgə bəyanatında ABŞ-ın Suriyadan əsgərlərini çıxarmalı və qaçqın düşərgələrini Dəməşqin nəzarətinə verməli olduğu bildirilib.

Rusiya Milli Müdafiə Nəzarət Mərkəzinin rəhbəri Stanislav Qadjimaqomedov və Suriya bələdiyyəsi və ətraf mühit naziri Hüseyn Məhluf rəhbərlik etdikləri Rusiya-Suriya Nazirlərlərarası Koordinasiya Mərkəzinin birgə bəyanatını imzalayıblar.

Sudanda tərəflər arasında Ciddə Bəyannaməsi imzalanıb

Sudanda bir aya yaxındır davam edən qarşıdurmanı dayandırmaq üçün ordu ilə Çevik Reaksiya Qüvvələri (xüsusi təyinatlılar) arasında Ciddə Bəyannaməsi imzalanıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Milli mətbuatda yer alan xəbərlərə görə, bəyannamə ABŞ və Səudiyyə Ərəbistanının Ciddə şəhərində Sudan böhranının həlli üçün tərəflər arasında başlatdığı danışıqlar nəticəsində imzalanıb.

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

Azərbaycan sərhəddində gərginlik hökm sürməkdədir. Nəticədə mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub.

Müdafiə Nazirliyindən bildirilib ki, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.