Nəsrullah: ABŞ Təhlükəsizlik Şurasında İsrailin qətllərinin pislənməsinin qarşısını alır

Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Hizbullah komandirlərindən Mustafa Bədrəddinin 7-ci şəhadət ildönümü münasibəti ilə çıxış edib.

Seyid Həsən Nəsrullah çıxışının əvvəlində Fələstin İslami Cihad komandirlərinin, eləcə də sionist rejim zindanlarında məhbus olan Fələstinli Şeyx Xıdır Adnanın şəhadəti ilə bağlı başsağlığı verib. O, Qəzza zolağında hazırkı müharibənin təşəbbüskarının sionist rejim olduğunu bildirərək, "Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyətin susqunluğunun şahidi oluruq. ABŞ sionist rejimin BMT Təhlükəsizlik Şurasında qətl törətdiyinə görə qınanmasının qarşısını alır. Qəzzada isə uşaqlar və qadınlar öldürülür.”

Seyid Həsən Nəsrullah bəyan edib ki, Netanyahu daxili böhrandan xilas olmaq, hakim koalisiyanın dağılmasını həll etmək və siyasi və seçki mövqeyini yaxşılaşdırmaq istəyir.

 O, "Netanyahunun İslami Cihad Hərəkatını və digər Fələstinli qrupları bir-birindən ayırmaq və müqavimət qüvvələri arasında fitnə salmaq hesablamaları uğursuz oldu. İşğalçılar Qüds Briqadalarının liderlik infrastrukturunu və komandirlərini hədəf alaraq raket gücünü məhv etməyə çalışırlar" deyib.

Nəsrullah deyib: "Netanyahu bu planla İslami Cihad Hərəkatının hərbi komandanlığının ləğv ediləcəyini və Qəzzaya qarşı çəkindirici gücünün bərpa olunacağını düşünürdü. İslami Cihadın lideri, İslami Cihad Hərəkatının komandirlərindən sonra uzaqgörənlik və sakitliklə hərəkət etdi. Düşmən İslami Cihadın reaksiyasını gözləyərkən müqavimət qruplarının komandanlığı sakit qaldı və bu, düşməni təəccübləndirdi.”

Çıxışının davamında Suriyada baş verənlərə diqqət çəkən Nəsrullah, "Suriya yerində qaldı, nə münasibəti, nə də oxu dəyişmədi. Suriyanın Ərəb Liqasına qayıtması və prezident Əsədin Ərəb Zirvəsinə dəvət etməsi mühüm bir işarədir. " qeyd edib. Nəsrullah bildirib ki, İran prezidenti Seyid İbrahim Rəisinin Suriyaya səfəri İran və Suriyanın müxtəlif sahələrdə strateji əlaqələrinin olduğunu göstərdi.

ABŞ-ın Suriya neft və qazını oğurladığını, sanksiyalar və Sezar qanununda israr etdiyini bildirən Nəsrullah, "Suriyadakı çətin dövrlər geridə qaldı və Livanın Suriya ilə əlaqələrinin yenidən qurulması arzu edilir, çünki bu əlaqələr Livanın xeyrinədir" deyib.