Moskva və Dəməşq Vaşinqtonu qoşunlarını Suriyadan çıxarmağa çağırıb

Rusiya-Suriya Nazirlərlərarası Koordinasiya Mərkəzinin birgə bəyanatında ABŞ-ın Suriyadan əsgərlərini çıxarmalı və qaçqın düşərgələrini Dəməşqin nəzarətinə verməli olduğu bildirilib.

Rusiya Milli Müdafiə Nəzarət Mərkəzinin rəhbəri Stanislav Qadjimaqomedov və Suriya bələdiyyəsi və ətraf mühit naziri Hüseyn Məhluf rəhbərlik etdikləri Rusiya-Suriya Nazirlərlərarası Koordinasiya Mərkəzinin birgə bəyanatını imzalayıblar.

 “Biz beynəlxalq ictimaiyyətin diqqətini bir daha ABŞ işğalçı qüvvələrinin Suriya ərazisində hərbi mövcudluğunun, neft və buğda oğurluğunun, Suriya dövlətinin səylərinə mane olan qeyri-qanuni birtərəfli sanksiyaların ciddi mənfi nəticələrinə cəlb etmək istərdik.  Yalnız ABŞ hərbi kontingentinin ölkədən çıxarılması və Suriya hökumətinin qaçqın düşərgələrinə nəzarəti insan hüquqlarına riayət olunmasını və hazırda işğal etdikləri ərazilərdə insanların tam dinc həyata qayıtmasını təmin edə bilər. Suriya hökumətinin xalqı dinc həyata qaytarmaq üçün bütün səyləri Suriya ərazilərinin bir hissəsini işğal etməkdə, neft və buğda oğurlamaqda və terror təşkilatlarını dəstəkləməkdə davam edən ABŞ və müttəfiqlərinin şiddətli müqaviməti ilə üzləşir.”

Suriya və Rusiyanın birgə səyləri sayəsində indiyədək 2 milyon 435 min 508 suriyalının evlərinə qayıtdığı qeyd edilib.