Ərəb ölkələrinin Suriya ilə təmas komitəsi bu ölkədəki böhranın siyasi yollarla həll edilməli olduğunu və bütün xarici qeyri-qanuni qüvvələrin Suriyadan çıxarılmasının vacibliyini vurğulayıb.
Ərəb Liqasının xarici işlər nazirləri çərşənbə axşamı Qahirədə Ərəb Liqasının Xarici İşlər Nazirləri Səviyyəsində Təmas Komitəsinin ilk iclasında iştirak etmək üçün bir araya gəldilər. Bu komitə üç ay əvvəl Suriya ilə əlaqələrin genişləndirilməsi yollarını araşdırmaq üçün yaradılmış bir komitədir.
O, Səudiyyə Ərəbistanı, İraq, Misir, İordaniya və Livan ölkələrindən ibarətdir. Komitə bu gün axşam bəyanat dərc etməklə öz işini yekunlaşdırıb. Misirin xarici işlər naziri Samih Şükri deyib: “Bu komitə Suriyada xarici qüvvələrin mövcudluğu ilə bu ölkənin suverenliyini qoruyacaq şəkildə mübarizə aparılmalı olduğunu vurğulayıb.
Suriyalı qaçqınların geri qayıtması üçün əlverişli şərait yaradılmalıdır. Bu komitənin yekun bəyanatında aşağıdakı ifadələr yer alırdı: Suriya böhranının yeganə həlli siyasidir və ümid edirik ki, konstitusiya yolu ilə bu fəaliyyət bərpa olunacaq. BMT və Suriyanın humanitar yardımla bağlı razılıq əldə etdikləri barədə bəyanatını alqışlayırıq. Qaçqın böhranı Suriya xalqı və ev sahibliyi edən ölkələr üçün bütün nəticələri ilə həll edilməlidir”.
Suriyalı qaçqınların öz ölkələrinə könüllü qayıtmalarının asanlaşdırılmasını vurğulayan bu ölkələr bu açıqlamaları veriblər: “Terrorla mübarizə səyləri dəstəklənməli və Dəməşq ilə əlaqəli ölkələr arasında əməkdaşlıq genişləndirilməlidir. Biz vurğulayırıq ki, bütün qeyri-qanuni xarici qüvvələr beynəlxalq hüquqa əsaslanaraq ölkədən çıxarılmalıdır”.
Xatırladaq ki, Suriya prezidenti Bəşər Əsəd Ərəb Liqasının sammitində iştirak etmək üçün 12 ildən sonra mayın 19-da Ciddəyə getmişdi. Beləliklə, Suriyanın bu təşkilatdakı yeri rəsmi olaraq Dəməşqə qaytarıldı.
Bununla belə, Bəşər Əsəd bu yaxınlarda Sky News telekanalına verdiyi müsahibədə Ərəb Liqasının hələ real təşkilata çevrilmədiyini və ərəb ölkələri ilə münasibətlərin pasiv şəkildə davam edəcəyini bildirib.
“Bütün xarici qeyri-qanuni qüvvələr Suriyadan çıxmalıdır”