Bu həftə məktəblərdə qış tətili başlayır

Bu həftə Azərbaycanın orta məktəblərində qış tətili başlayır.
 
2018-2019-cu dərs ilinin 5 günlük tətilinə yanvarın 27-də start veriləcək.
 
Tətil yanvarın 31-dək davam edəcək. Fevralın 1-də dərs olacaq. 
 
Məktəblərdə dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.
 
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərini əhatə edəcək.
 
Report