Britaniya Hərbi Dəniz Qüvvələri Bab əl-Məndeb boğazında partlayış barədə məlumat verib

Kral Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları İdarəsi Ərəbistan yarımadasını Afrika sahillərindən ayıran Bab əl-Məndəb boğazında pilotsuz təyyarələrin fəaliyyəti və şübhəli partlayış barədə məlumat alıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında yerləşdirilən məlumatda deyilir.

"Yəmən tərəfindəki Bab əl-Məndeb boğazı ərazisində baş verdiyi güman edilən partlayış da daxil olmaqla, pilotsuz uçan aparatların fəaliyyəti ilə bağlı xəbərlər aldıq", mətndə qeyd edilir.

Yaxınlıqdakı gəmilərin ekipajlarına ehtiyatlı olmaları və bölgədə hər hansı şübhəli fəaliyyət barədə məlumat vermələri barədə xəbərdarlıq edilib.