BMT: Ötən ilin hücumlarında 32 sülhməramlı həlak olub

2022-ci ildə yeddisi misirli olmaqla 32 sülhməramlı hücumlarda həlak olublar.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Həmkarlar İttifaqı məlumat verib.

Bildirilib ki, keçən il ən azı 32 BMT sülhməramlısı qəsdən həyata keçirilən hücumlar nəticəsində həlak olub, ən çox tələfat olan bölgə isə Mali olub.

Həmkarlar İttifaqı mətbuata açıqlamasında bildirib ki, ölən 32 nəfər arasında biri qadın zabit olmaqla 28 əsgər və 4 polis sülhməramlı var.

Ardıcıl doqquzuncu ildir ki, Birləşmiş Millətlər Təşkilatının Malidəki Missiyası (MINUSMA) ən çox ölümlə üzləşib, 2022-ci ildə 14 nəfər burada həlak olub. Ardınca isə təşkilatın Konqo Demokratik Respublikasındakı missiyasından 13 nəfər ölüb. 2022-ci ilin hücumlarında ölənlərin yeddisi misirlidir.