BGMİ Şeyxi Hacı Faiq Nəbiyev EHLADER rəhbəri Kadir Akarasla görüşüb

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, fevralın 9-da Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev Tbilisi Cümə məscidində Türkiyə Əhlibeyt Alimləri Dərnəyinin (EHLADER) rəhbəri Kadir Akarasın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşdə BGMİ-nin fəaliyyəti, Gürcüstan müsəlmanlarının hazırkı durumu və son illərdə Gürcüstanda müsəlmanlar üçün dini zəmində yardılan geniş şərait haqqında qonaqlara ətraflı məlumat verilərək gələcək perspektivlər haqqında fikir mübadiləsi aparılıb. Görüşdən məmnunluqlarını ifadə edən qonaqlar səmimi qəbula görə Hacı Faiq Nəbiyevə təşəkkürlərini bildirərək BGMİ-nin səmərəli fəaliyyətini yaxından izlədiklərini vurğulayıblar .

Görüşdə həmçinin BGMİ-nin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov və Gürcüstan Əhlibeyt Cəmiyyətinin sədri Hacı Rasim Məmmədov da iştirak ediblər. Görüşün sonunda nümayəndə heyətinin rəhbəri K. Akaras BGMİ-nin Şeyxi Hacı Faiq Nəbiyevə Türkiyə Əhlibeyt Alimləri Dərnəyini (EHLADER ) adından hədiyyə təqdim edib.