Banqladeşdə iğtişaşlar zamanı ən azı 300 nəfər ölüb

Banqladeşdə iğtişaşlar nəticəsində ən azı 300 nəfərin öldüyü bildirilir.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə "France Presse" agentliyi məlumat yayıb.

"Bazar günü 94 nəfərin öldürülməsindən sonra toqquşmalar nəticəsində ölənlərin ümumi sayı ən azı 300 nəfərə çatıb", - məlumatda qeyd olunub.

“Daily Star” qəzetinin daha əvvəl verdiyi məlumata əsasən, ölənlərin 14-ü polis əməkdaşıdır.

Banqladeşin paytaxtı Dəkkə və ölkənin digər şəhərlərində etirazlar ayrı-seçkiliyə qarşı tələbə hərəkatının bazar günü başladığı aksiyadan sonra daha da kütləvi xarakter alıb. Etirazçılar, polis qüvvələri və hökumət tərəfdarları arasında toqquşmalar daha sonra iğtişaşlara çevrilib.