Bağdad hava limanına raket hücumu gerçəkləşib

İraqın paytaxtı Bağdaddakı Beynəlxalq Bağdad Hava limanına Katyuşa raketi buraxılıb. Raketlərdən biri boş əraziyə, digəri isə Antiterror Mərkəzinin avtomobil dayanacağına düşüb.

 

İraqın İNA xəbər agentliyinin təhlükəsizlik mənbəsinə istinadən verdiyi məlumata görə, “Katyuşa” raketi Bağdad Beynəlxalq Hava Limanında boş əraziyə düşüb, digər “Katyuşa” raketi isə oradakı Terrorla Mübarizə Xidmətinə məxsus avtomobil dayanacağına düşüb.

Hücum zamanı xəsarət alan olmadığı qeyd edilib.

Həmçinin bildirilib ki, təhlükəsizlik qüvvələri Bağdadın Əmiriyə rayonunda bir avtomobildə raketatan qurğu aşkarlayıb.