Azərbaycanın legioner boksçusu ikiqat dünya çempionu ola bilər

Bu gün Daşkənddə (Özbəkistan) boks üzrə dünya çempionatı başa çatacaq.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, millimizin üzvü Alfonso Dominqes (86 kq) bu gün final görüşünə çıxacaq. O, həlledici döyüşdə Şarabutdin Atayevlə (Rusiya) qarşılaşacaq.

Qeyd edək ki, Dominqes qələbə qazanacağı təqdirdə, ikiqat dünya çempionu olacaq. O, daha əvvəl 2021-ci ildə qızıl qazanıb.

Xatırladaq ki, milllimizin üzvlərindən Məhəmməd Abdullayev (92 kq) sözügedən turnirdə bürünc medala yiyələnib.