Azərbaycanın daha bir taekvondoçusu beynəlxalq turnirdə medal qazanıb

Azərbaycanın daha bir parataekvondoçusu Cənubi Koreyanın Çhunçhon şəhərində keçirilən açıq dünya çağırış yarışında medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından “Report”a verilən məlumata görə, G4 kateqoriyalı beynəlxalq turnirin ikinci günündə Əbülfəz Abuzərli (80 kq, K-44) fəxri kürsüyə yüksəlib.

Federasiyasının dəstəyi ilə yarışda iştirak edən yığma üzvü bürünc medala yiyələnib. Bununla da komandanın turnirdə qazandığı mükafat sayı ikiyə çatıb. Abuzərlidən əvvəl İmaməddin Xəlilov (70 kq, K-44) çempion tituluna sahib olub.

Qeyd edək ki, parataekvondo yığmamız Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb.