Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı bütün zəruri hazırlıq işlərini başa çatdırıb.
Trend xəbər verir ki, bunu nazir müavini Elmir Vəlizadə deyib.
E.Vəlizadə yaxın zamanlarda həmin vəsiqələrin veriləcəyinə ümid etdiyini deyib:
“Həmin prosesin gələn il yanvarın 1-dən başlaması planlaşdırılır. Faktiki olaraq bütün hazırlıq başa çatıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəsi elektron imza sertifikatlarının verilməsi üçün sertifikasiyalaşma mərkəzlərinin yaradılmasından ibarətdir”.
Nazir müavini qeyd edib ki, bu layihə Azərbaycan vətəndaşları üçün faydalı olacaq:
“Faktiki olaraq imza şəxsiyyət vəsiqəsinin tərkibində olacaq və hər bir vətəndaş dövlət strukturlarının elektron xidmətlərindən yararlanmaq imkanı əldə edəcək”.
Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün hazırlıq işləri başa çatdı

Oxşar xəbərlər