Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədən şəxsi gündəm üçün istifadə edir

Fransanın ekologiya naziri Anye Runaşe Azərbaycana səfərindən imtina edib. Fransa Senatında çıxış edən nazir Bakıya səfərini planlaşdırdığını, amma İlham Əliyevin ölkəsinə qarşı sərt tənqidlərdən sonra Azərbaycana getməmək qərarı verdiyini bildirib.
Prezident İlham Əliyev dünənki çıxışında demişdi ki, əsrlər boyu Paris kiçik ada dövlətlərinin təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir.
A.Runaşe isə İlham Əliyevin bu addımının cavabsız qalmayacağını bildirib: “COP29-un açılışında prezident Əliyevin Fransa və Avropaya qarşı söylədiyi fikirlər qəbuledilməzdir. Ölkəmizə, onun qurumlarına və ərazilərinə qarşı birbaşa hücumlar əsassızdır”.
 
 
 
( Meydan TV)