Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Təmsilçimiz üçüncü yer uğrunda görüşdə ispaniyalı Fransisko Qarriqosa ipponla qalib gəlib.
Bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ilk mükafat olub.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb