Ayətullah Xatəmi: ABŞ və sionistlərin sonu Fironun sonu kimi olacaq

Bu həftənin Tehran Cümə Namazı Ayətullah Seyid Əhməd Xatəminin imamlığı ilə qılınıb.

Cümə namazı xütbələrində çıxış edən Ayətullah Xatəmi xütbəsinin bir hissəsində Trampın son açıqlamalarına münasibət bildirib: "İran İslam Respublikasına maksimum təzyiq göstərmək məsələsi bu günün və ya dünənin məsələsi deyil, onlar 45 ildir ki, maksimum təzyiq göstərirlər və indiyə qədər heç nəyə nail ola bilməyib və bilməyəcəklər də. Onların qazandığı yalnız bir şey var-İran xalqının maksimum nifrəti.

Tramp İranı dünyada terrorçuların dəstəkçisi və Həmas tərəfdarı kimi görür, amma amerikalıların özləri isə dünyanın ən böyük terrorçularıdır. Onlar general Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndisi şəhid etdilər və 15 ay Qəzza əhalisinin üzərinə bomba yağdırdılar. Bunun adı terror deyilsə, o zaman terror nədir? Hizbullah terrora qarşı və sizin kimi terrorçularla mübarizə aparan hərəkatdır. Yəməndəki Husilər və Həmas terrorçu deyil! Onlar sizin yetişdirdiyiniz terrora qarşı mübarizə aparanlardırlar.”

Ayətullah Xatəmi Trampın İranı insan haqlarını pozmaqda ittiham edən açıqlamalarına gəlincə, "Bu, çox gülməlidir və siz (ABŞ) kameralar qarşısında insanları öldürərkən insan haqlarından danışmaqdan utanmırsınız? 300 sərnişini olan sərnişin təyyarəsini vurub həmin əsgərə medal verdiniz" deyib.

O, sonunda Trampın Qəzza planı ilə bağlı deyib: "15 aydır heç nəyə nail olmamısınız, müqavimət mədəniyyəti sizi yenidən məhv edəcək".