İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei xalqa müraciət ünvanlayıb.
O, “iranlıların bir olması”na dair çağırış edib.
O, ABŞ Prezidenti Donald Trampa da səslənib. Ali Dini Lider “etirazçılar arasında ictimai əmlaka ziyan verməklə ABŞ Prezidentini məmnun etmək istəyən iğtişaşçıların olduğunu” deyib.
“Ötən gecə Tehranda və başqa yerlərdə iğtişaşçılar ABŞ Prezidentinin könlünü xoş etməkdən ötrü öz ölkələrindəki binaları, tikililəri yandırdılar”, - Ayətullah Xamenei qeyd edib.
İranın Ali Rəhbəri Trampı ABŞ-da olan problemlərlə maraqlanmağa çağırıb.
O, İranın etiraz aksiyaları qarşısında geri çəkilməyəcəyini bildirib.
Qeyd edək ki, dekabrın 28-də İranın paytaxtı Tehranda sahibkarların başlatdığı etirazlar ölkənin 30-dan çox vilayətinə yayılıb. Təhlükəsizlik qüvvələri də daxil olmaqla, ümumilikdə 45 nəfər ölüb, onların arasında azyaşlılar və yeniyetmələrin də olduğu bildirilir. 2000-dən çox etirazçı həbs olunub.
Ayətullah Xamenei İrandakı etirazlarla bağlı xalqa müraciət edib