Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) AXCP və Milli Şuranın "Məhsul" stadionunda mitinq keçirməklə bağlı müraciətinə cavab verib.
Meriya mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şura aprel ayının 27-nə mitinq təyin edib.
Aksiyanın tələbi həbsinə etiraz olaraq 21 gündür ölüm aclığı edən siyasətçi Tofiq Yaqublunun, eyni zamanda bütün siyasi məhbusların azad edilməsidir.
AXCP və Milli Şuranın mitinq keçirməklə bağlı müraciətinə mənfi cavab verildi