Ali Rəhbər: Amerika və qərblilərin zorakılıqları qarşısında vahid mövqesi olan ölkələr arasında ittifaq və koalisiya yaradılmalıdır

Ayətullah Xamenei bu gün Tehranda səfərdə olan Kuba Prezidenti Migel Diaz-Kanel və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Operativtv.com Maide.az-a istinadən xəbər verir ki, görüşdə Ali Rəhbər iki ölkənin böyük siyasi və iqtisadi imkanlarına toxunaraq bildirib ki, bu imkanlardan istifadə etmək lazımdır. "Amerika və qərblilərin zorakılıqları qarşısında vahid mövqesi olan ölkələr arasında ittifaq və koalisiya yaratmaq üçün, bu potensialdan istifadə edilməlidir."
Ayətullah Xamenei bildirib ki, bu koalisoya iqtisadi əməkdaşlığa diqqət yetirməklə Fələstin məsələsi kimi, mühüm qlobal məsələlərdə ortaq və təsirli mövqe tuta bilər.
Fələstin məsələləri haqqında danışan Ayətullah Xamenei bildirib ki, Fələstin məsələsi təkcə Qəzadakı son məsələlər və bombardmanlardan ibarət deyil; çünki Fələstin xalqı ötən 75 il ərzində həmişə hər cür işgəncə, əziyyət və qətllərə məruz qalıb. "Amma indi Qəzzada fəlakət və faciə o qədər böyükdür ki, həqiqətlər dünya ictimaiyyəti üçün üzə çıxıb və bunu gizlətmək mümkün deyil."
Ali Rəhbər Kuba prezidentinin qlobal məsələlər, xüsusilə, Fələstin məsələsilə bağlı mövqelərini İslam Respublikasının mövqelərilə uyğun adlandırıb və iki ölkənin beynəlxalq forumlardakı əməkdaşlığına toxunaraq bildirib ki, iki ölkə arasında əlaqələr müxtəlif sahələrdə, o cümlədən, elmi əməkdaşlıqda daha da gücləndirilməlidir.
Ali Rəhbər iki ölkə rəsmilərinə əldə olunan anlaşma və razılaşmaların sözdə deyil, əməldə həyata keçirilməsini tövsiyə edib.
Ayətullah Xamenei Kubanın vəfat etmiş lideri Fidel Kastro ilə 22 il əvvəl görüşünə də toxunaraq bildirib ki, Kuba inqilabı və Cənab Kastronun şəxsiyyəti İslam İnqilabının qələbəsindən əvvəl həmişə İran inqilabçıları üçün xüsusi xarizmaya malik olub. Buna səbəb isə onun inqilabi mövqelərindəki dürüstlüyü idi.
"“İnqilabi dürüstlük”, “inqilabi duruş” və “inqilabi ciddilik” Kuba inqilabı və İran İslam inqilabının ortaq xüsusiyyətləridir."