Bu həftə Avropa Şurasının Nazirlər Komitəsi bir sıra üzv ölkələrin, o cümlədən Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını necə icra etməsini nəzərdən keçirib. 22 ölkə üzrə 45 qərar çıxarılıb.
“Mahmudov və Ağazadə Azərbaycana qarşı” işi üzrə AİHM-in qərarında jurnalistlərə qarşı ifadə azadlığı hüququnun pozulduğu müəyyən edilib. Nazirlər Komitəsi Azərbaycanın AİHM-in qərarlarını tam, səmərələri və dərhal icra etmək öhdəliyini vurğulayır. Qurum bu qrup üzrə tələb olunan tədbirlərlə bağlı irəliləyişin olmamasını, hakimiyyət orqanlarının səssizliyini ciddi qınayıb.
Komitə aralıq qətnamə qəbul edərək hakimiyyəti gələn ilin martınadək görülən tədbirlərlə bağlı informasiya verməyə dəvət edib.
Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini ölkədə ifadə azadlığı və hüququn aliliyinə hörməti təmin etmək üçün gərəkən addımları atmağa çağırır. Azərbaycanda həbsdə olan jurnalistlər və media işçilərinin sayının artmasından narahatlıq bildirir, ifadə azadlığının demokratik cəmiyyətin əsasını təşkil etdiyini vurğulayır.
NK-da baxılan digər iş “Məmmədli Azərbayacan qarşı” işidir. Bu əvvəlki İlqar Məmmədov işidir, qalan yeddi ərizəçi insan haqları müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları və jurnalistdir. Qərar ərizəçinin seçki müşahidəsi fəaliyyətini cəzalandırmaq məqsədilə həbsi ilə bağlı çıxarılıb. Bu iş üzrə də hakimiyyətin susqunluğu qınanıb.
Hazırda Azərbaycanda “QHT işi” çərçivəsində bir neçə seçki eksperti həbsdədir. Onlar ittihamları qəbul etmir, hüquq müdafiəçisi fəaliyyətinə görə həbs olunduqlarını deyirlər.
“Müşfiq Məmmədov və digərləri Azərbaycana qarşı” üzrə qərar ərizəçilərin hərbi xidmətə getməkdən imtina etmələri ilə bağlı açılmış cinayət işlərinə aiddir. NK bildirir ki, bu, vicdan məhbusları üçün alternativ xidmət sisteminin olmamasına görə baş verib, din azadlığı müxtəlif formalarda pozulub. Qurum hakimiyyəti AİHM-in qərarında göstərilən məsələlərlə bağlı görülən tədbirlər barədə məlumat verməyə çağırıb.
Azərbaycan hakimiyyəti əsasən ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.
AİHM-in qərarında jurnalistlərə qarşı ifadə azadlığı hüququnun pozulduğu müəyyən edilib