Azərbaycanlı biznesmen və ölkənin əyləncə sənayesinin görkəmli xadimi Emin Ağalarov ənənəvi mühafizəkar Nardaran qəsəbəsindəki dəbdəbəli SeaBreeze kurort kompleksində kazino açmaq təklifi ilə Azərbaycanda azart oyunların leqallaşdırılması barədə debatları yenidən gündəmə gətirdi. Rusiyalı jurnalist Kseniya Sobçaka açıq müsahibəsində Ağalarov deyib ki, hazırda təşəbbüs hökumət tərəfindən nəzərdən keçirilir. Bu fikir ölkənin iqtisadiyyatına və sosial strukturuna potensial təsir barədə spekulyasiyalara səbəb olub.
"Əgər oyun biznesini inteqrasiya edə bilsəydik, SeaBreeze çox kömək edərdi. Bu, dövlət tərəfindən nəzərdən keçirilir. Hamı başa düşür ki, kazino turizm attraksionudur. Əgər alınsa, bu layihəni bütünlüklə tamamlanmış edəcək", - Ağalarov Sobçaka deyib. Sahibkarın açıqlamaları elə bir vaxtda səslənib ki, Azərbaycan öz iqtisadiyyatını diversifikasiya etməyə və xarici investisiyaları cəlb etməyə çalışır ki, bu da Xəzər dənizi sahilində kazinoya potensial çıxışı cazibədar edir, lakin mübahisəli təklifə çevirir.
Kazino turizm üçündür, yoxsa xoşagəlməzliklər üçün?
Azərbaycanda azart oyunları bu sahə ilə əlaqədar maliyyə və sosial problemlər dalğasından sonra 1999-cu ildən qadağan edilib. Lakin Ağalarovun SeaBreeze-i xarici turistlər üçün əsas istiqamət kimi təqdim etməklə bağlı daha geniş ambisiyalara uyğun təklifi hökumətin siyasətində potensial dəyişikliyə işarə edir. Ağalarov bildirib ki, kazinolar Fars körfəzi dövlətləri kimi əsasən müsəlman əhalisi çox olan ölkələrdə də yayılıb və qonaqpərvərlik sektorunun bir hissəsi olaraq uğurla inteqrasiya edilib.
"Ərəb monarxiyalarının nümunəsi göstərir ki, yaxşı tənzimlənən kazino sənayesi yerli ənənələrlə birlikdə mövcud ola bilər və turizm gəlirlərində əhəmiyyətli artımı təmin edə bilər", - Ağalarov deyib. O əlavə edib ki, kazino Nardaran qəsəbəsinin "Abşeronun Las-Veqası"na çevrilməsində ayrılmaz hissə olacaq.
Strateji infrastruktur və hökumət əlaqələri
Təklifin müddəti infrastruktura əhəmiyyətli dövlət investisiyaları ilə üst-üstə düşür. Bakı Beynəlxalq Aeroportunu SeaBreeze ilə birləşdirən yeni avtomagistral tikilir ki, bu da kurorta gedən yolun vaxtını 20 dəqiqəyə qədər azaldacaq. Bu addım Ağalarovun baxışının ənənəvi olaraq azart oyunları ilə bağlı ehtiyatlı mövqe tutan dövlət tərəfindən sakitcə təsdiqlənməsi kimi qəbul edilə bilər. Bundan əlavə, Ağalarovun ailə əlaqələri — Azərbaycan prezidenti İlham Əliyevin keçmiş kürəkənidir — layihəyə dövlət dəstəyinin dərəcəsi barədə suallar doğurur.
Rəsmi qadağaya baxmayaraq, azart oyunlar Azərbaycandan tamamilə yox olmayıb. Yarızirzəmi oyun yerləri Bakıda və digər bölgələrdə fəaliyyət göstərir, 2022-ci ilin yanvarından məhdudlaşdırılmış lotereya reklamı isə hələ də paytaxtda gözə dəyir. Bu fəaliyyət növlərinin mövcudluğu mürəkkəb normativ-hüquqi mühiti əks etdirir ki, burada müəyyən sektorlar, görünür, hakimiyyətin səssiz razılığı ilə fəaliyyət göstərirlər.
Hüquqi və sosial problemlərin aradan qaldırılması
Nardaranda leqal kazino perspektivi çox güman ki, qəsəbəyə islam ənənəsinin dayağı kimi baxan mühafizəkar təbəqələrin və dini qrupların müqavimətilə qarşılaşacaq. Nardaranın dövlətlə gərginlik tarixçəsi var və oyun müəssisəsinin açılması bu sıxıntını daha da ağırlaşdıra bilər. Bundan əlavə, azart oyunların leqallaşdırılması üzrə istənilən addım (hətta məhdudlaşdırılmış əsasla) mövcud qanunlara mühüm düzəlişlər tələb edəcək və ölkənin digər hissələrində də oxşar layihələr üçün presedent yarada bilər.
Bundan əlavə, tənqidçilər bildirirlər ki, kazinonun işləməsi yerli əhali arasında azart oyunlardan asılılıq və maddi çətinliklər də daxil olmaqla, sosial problemlərin artmasına səbəb ola bilər. İqtisadi bərabərsizliyin kəskin problem olaraq qaldığı ölkədə belə müəssisənin potensial sosial xərcləri gözlənilən iqtisadi faydadan çox ola bilər.
İqtisadi perspektivlər və regional rəqabət
İqtisadi baxımdan bir kazinonun leqallaşdırılması yeni iş yerləri yaratmaqla və vergi daxiolmaları cəlb etməklə qonaqpərvərlik və əyləncə sektorlarına gələcək investisiyalara yol aça bilər. Bu, həm də Azərbaycanın özünü azart oyunların və turizmin regional mərkəzi kimi təqdim edən qonşu Gürcüstanla rəqabət aparmasına kömək edərdi. Lakin belə layihənin uğuru hökumətin azart oyunlarla əlaqədar riskləri azaltmaq üçün ciddi normativ çərçivələr tətbiq etmək qabiliyyətindən asılı olacaq.
Analitiklər hesab edirlər ki, əgər hökumət təqdir edərsə, SeaBreeze kazino Rusiya, Türkiyə və digər qonşu ölkələrdən zəngin qonaqları cəlb edə bilər, Azərbaycanı Xəzər sahilində eksklüziv turizm məkanı kimi tanıdar. Buna baxmayaraq, təşəbbüs mübahisəli olaraq qalır, həm hüquqi, həm də sosial baxımdan ehtiyatlı istiqamətləndirmə tələb edir.
Gələcəyə stavka
Ağalarovun Nardaranda kazino açmaq istəyi daha geniş tendensiyanı önə çəkir, halbuki, Azərbaycanda görkəmli biznesmenlər dövlət siyasətində sərhədlə üzləşirlər. Onun təklifinin tammiqyaslı layihəyə çevrilib-çevrilməyəcəyi məlum deyil. Hazırda hökumətin kazino qərarı əyləncə və turizm sahələrində gələcək investisiyalar üçün presedent yarada bilər, həmçinin hakimiyyətin uzun müddət milli dəyərlərlə bir araya sığmadığı deyilən sahəni liberallaşdırmağa nə dərəcədə hazır olduğunu nümayiş etdirə bilər. Stavkalar yüksəkdir — təkcə Ağalarov üçün yox, həm də Azərbaycanın iqtisadi diversifikasiyasının və sosial siyasətinin daha geniş trayektoriyası üçün.
Turan.az
Ağalarovun kazinoya baxışı: Azərbaycan üçün riskli oyun?