AEBA İranın nüvə obyektlərinin zərər görmədiyini açıqlayıb

AEBA İranın nüvə obyektlərinin zərər görmədiyini açıqlayıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın atom elektrik stansiyalarında heç bir ziyan müşahidə edilmədiyini və onlara heç bir hücum edilmədiyini açıqlayıb.

Agentlik İran və İsraili maksimum təmkin nümayiş etdirməyə çağırışını təkrarlayıb və vurğulayıb ki, hərbi münaqişələrdə AES-lər heç vaxt hədəfə alınmamalıdır.

Hadisə ilə bağlı İranın İsfahan vilayətindəki hərbi rəisi, briqada generalı Siyavuş Mihandust açıqlama verib. General bildirib ki, partlayış səsi hava hücumundan müdafiə sisteminin şübhəli obyekti hədəf alması nəticəsində baş verib. “Heç bir dağıntı və ya qəza baş verməyib. Hadisə heç bir ziyan vurmayıb", - rəsmi deyib.

İranın dövlət televiziyası bir neçə kiçik pilotsuz təyyarənin vurulduğunu bildirib.

İsrail pilotsuz təyyarələrlə İrana cavab olaraq atəş açması barədə yerli media məlumat yayıb.

 

APA