ABŞ qanunsuz yolla ölkədən çıxardığı sarkofaqı Misirə qaytarıb

Misirdən qanunsuz yolla çıxarılaraq ABŞ-dakı muzeylərin birində nümayiş etdirilən sarkofaq Misirə qaytarılıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, təxminən 3000 yaşı olan sarkofaq Misirin əsilzadələrindən birinə məxsus olub.

Qeyd edək ki, Misir son 10 ildə oğurlanaraq ölkədən çıxarılmış 10 minədək antik əşyanı geri qaytara bilib. 2022-ci ildə Rozetta daşının Britaniyadan gətiriləcəyi gözlənilsə də, hələ nəticə əldə edilməyib.