"ABŞ-nin Qəzzaya daxil olmasına icazə verməyəcəyik" - HƏMAS

"Fələstinin HƏMAS hərəkatı ABŞ prezidenti Donald Trampın fələstinlilərin köçürülməsi ilə bağlı bəyanatlarının qeyri-ciddi sayırlar. Əlavə olaraq HƏMAS bəyan edir ki, Amerika qüvvələrinin Qəzzaya daxil olmasına icazə verməyəcəklər. 

Bu barədə hərəkatın nümayəndəsi Sami Əbu Zuhri açıqlamasında bildirib.

"Ümid edirik ki, bu sözlər ciddi deyil. Biz uzun illərdir ki, İsrail işğalına qarşı mübarizə aparırıq və təbii ki, yeni işğala da imkan verməyəcəyik. Biz Trampın bəyanatlarını ədalətsiz və xalqımıza qarşı təhqiramiz hesab edirik və heç bir şəraitdə Trampın qüvvələrinin Qəzzaya daxil olmasına imkan verməyəcəyik", - nümayəndə bildirib.